İslam Maliyyə Sistemi və Alətləri
Kitabda İslam maliyyə alətləri çox asan dildə izah olunur, hətta heç bir iqtisadi təhsili olmayan oxuyucu da sahə üzrə maraqlandığı mövzuları öyrənmək və suallarına cavab tapmaq imkanı əldə edir.
Kitabda İslam maliyyəsində Faizin qadağan olunması geniş şəkildə izah edilmişdir. İslam mənbələrində, o cümlədən səmavi dinlərdə “Faiz” fenomeninə yanaşmalar da nəzərdən keçirilmişdir.
Oxucu üçün maraqlı olan Mudarəbə, Muşarəkə, Murabaha, İcara, Təvərruq kimi İslam maliyyə alətləri parktiki misallarla ətraflı şəkildə izah olunur. Kitabda “İslam bankları pulu necə verir?”, “Necə gəlir əldə edirlər?” və s. şəklində olan suallara da cavab tapa bilərsiniz.
Kitabdan həm sərbəst öyrənmə vasitəsi, həm də universitetlərdə və təlim mərkəzlərində “İslam maliyyəsi” fənninin keçirilməsi zamanı dərs vəsaiti kimi istifadə edilə bilər.