“İslam iqtisadiyyatı və maliyyəsinə ümumi baxış” təlim keçirilib.
22-23 fevral 2025-ci il tarixlərində Kiçik və Orta Biznesin inkişafı Agentliyinin Bakı KOB evində İqtisadi Resursların Öyrənilməsi ictimai birliyinin (SER) və Türkiyənin İslam İqtisadiyyatı Araşdırma Mərkəzinin (İKAM) birgə tərəfdaşlığı və “Alizadeh” şirkətinin təşkilati dəstəyi ilə 2 günlük “İslam iqtisadiyyatı və maliyyəsinə ümumi baxış” mövzusunda sertifikatlı təlim proqramı keçirilib.
Tədbirə İqtisadi Resursların Öyrənilməsi Mərkəzinin sədri i.f.d. Ruslan Atakişiyevin açılış nitqiylə başlanılıb. Sonra söz “Alizadeh” şirkətinin direktoru Kazım Mustafazadəyə verilmişdir.
Təlim 2 modulda təşkil olunub. I modulda Mərmərə Universiteti İslam İqtisadiyyatı və Maliyyəsi İnstitutunun dosenti, Dr. Murat Yaş bir gün ərzində İslam maliyyə alətləri olan İcara, Murabaha, Muşarəkə, Mudarəbə, Salam, İstisna, Vəkalətə toxunmuşdur. O, həmçinin İslam istiqrazları olan Sukuk, İslam törəmə maliyyə alətləri, London, Dubay, Malayziya Fond bazarlarında İslam qiymətli kağızlarının alqı – satqısından danışmışdır.
Tədbirin ikinci günü keçirilən II modulda isə İKAM-ın direktoru Dr. Melih Turan Türkiyədə İslam bankçılığının mövcud vəziyyətinə, İslam Fintexlərinə yer ayırmışdır. Burada İslam banklarının rəqəmsal həllərinə, mobil tətbiqlərinə, Kraudfandinq, e-ticarət ödəmə sistemlərinə, Halal pay, elektron kassa, mobil investsiya kimi Fintex alətlərinə diqqət yetirilmişdir.
Tədbirin müzakirəsi zamanı yuxarıda sadalanan məhsulların tətbiqi imkanları müzakirə olunaraq bu istiqamətdə bir sıra şirkətlərin açılması təklif olunmuşdur.
Tədbirdə 30-a yaxın müxtəlif qurumlardan maliyyəçi, bank işciləri, elmi işcilər, sahibkarlar iştirak edib.
Sonda iştirakçılara sertifikatlar təqdim olunub, xatirə şəkli çəkdirilib.
Fürsətdən istifadə edərək tədirin keçirilməsində yaxından dəstəyə görə Kiçik və Orta Biznesin inkişafı Agentliyinin Bakı KOB evinin rəhbərliyinə təşəkkürümüzü bildiririk.
"Təşəkkürnamə" aldıq
22.12.2024
COP 29 " Green Islamic Finance" event
15.11.2024
"Islamic Finance Forum 2024"
14.11.2024
COP 29-Green Islamic Finance Event
08.11.2024