Gəncliyə Yardım Fondu (GYF) və İqtisadi Resursların  Öyrənilməsi Mərkəzi (İRÖM)  birgə  olaraq muhasib olmaq istəyən tələbələr, magistrlar və məzunlar  dəstək olmaq məqsədilə  "Beynəlxalq  Mühasibatlıq kursunun əsasları"  kursunu təşkil etmişdir. Kurslar İqtisadi Araşdırmalar və Tədris Mərkəzinin  (İATM) peşəkar mütəxəssisləri tərəfindən tədris etmişdilər.  27 may 2017-ci ildə kursu bitirən məzunlara sertifikatlar təqdim olunmuşdur. Tədbirdə İRÖM-ün sədri iqtisad üzrə fəlsəfə doktoru Ruslan Atakişiyev, GYF-nin vitse prezidenti Salman Əliyev və İATM-ın vitse prezidenti Radil Fətullayev iştirak etmişdirlər. 

30.05.2017 Ətraflı

Bakıda İqtisadi Resursların Öyrənilməsi Mərkəzi (İRÖİB) ilə Birləşmiş Ərəb Əmirliklərinin Əl-Huda İslam Bankçılığı və Maliyyəsi Mərkəzlərinin (Əl-Huda CİBE) birgə təşkilatçılığı ilə “İslam bankçılığı və maliyyəsi” mövzusunda Malayziya Maliyyə Akkreditasiya Agentliyinin sertifikatlı treyninqi keçirilmişdir.Tədbirin birinci günü 8 may 2017-ci ildə tədbiri giriş sözü ilə İRÖİB-in sədri, iqtisad üzrə fəlsəfə doktoru Ruslan Atakişiyev açaraq tədbirin keçirilməsinin başlıca məqsədləri barəsində iştirakçılara məlumat vermişdir.Tədbirdə Pakistanın Xeybər Bankının məsləhətçisi, AL-Huda CİBE-nin Şəriət Şurasının üzvü Qazi Abdul Samad "Faiz sisteminə yanaşma", "İslam iqtisadiyyat"ı," Ticarət modeli (Murabəha, Musavəma, Salam və İstisna)"," İslam mikromaliyyələşməsi", "İslam sığortası (Təkaful)"," İslam qiymətli kağızları (Sukuk)"," Risklərin idarə olunması" məsələləri üzrə məruzə ilə çıxış etmişdir.

30.05.2017 Ətraflı

8 may 2017-ci il tarixində İqtisadi Resursların Öyrənilməsi Mərkəzi (İRÖİB) ilə Birləşmiş Ərəb Əmirliklərinin Əl-Huda İslam Bankçılığı və Maliyyəsi Mərkəzi (Əl-Huda CİBE) qarşılıqlı anlaşma haqqında Memorandum imzalanmışdır. Memorandumun imzalanmasında məqsəd İslam bankçılığı və maliyyəsi sahəsində təhsil, konsaltinq və tədqiqat üzrə növbəti iki ildə əməkdaşlıq etməkdən ibarətdir

07.05.2017 Ətraflı

16 may 2017 -ci ildə İqtisadi Araşdırmalar və Tədris Mərkəzində "Vergi üzrə praktiki təlim " keçiriləcək. Təlimin müddəti 2 ay (32 saat)-dır.  Dərslər həftənin II -V günləri, saat 19:00- 21:00 kimi keçiriləcək.  Təlim aşağıdakı mövzuları əhatə edir:

1. Vergi Məcəlləsinin ümümi hissəsi

2. Bütün vergi cərimələri və yaranma səbəbləri

3. Vergi ödəyicisinin hüquqlarını qoruyan maddələr barədə məlumatların verilməsi

4. Vergi məcəlləsində Nağdsız hesablaşmalar və E-qaimə barədə nəzərdə tutulmuş maddələrin həm qanunvericilik həm də praktiki olaraq izah edilməsi

5. Gəlir və Mənfəət vergilərinin qanunvericiliyə uyğun izah edilməsi və bəyannamələrin praktiki olaraq hazırlanması

6. ƏDV bəyannaməsinin qanunvericiliyə uyğun izah edilməsi və bəyannamənin praktiki olaraq hazırlanması

7. Depozit əməliyyatlarının və e-VHF-nın qanunvericilik yönü və praktiki olaraq hazırlanması

8. Əvəzləşmə əməliyyatlarının tam izah olunması

9. Vergi Məcəlləsinə əsasən ödəmə mənbəyində tutulan vergilərin və Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi bəyannamələrinin doldurulma qaydası

04.05.2017 Ətraflı

İqtisadi Resursların Öyrənilməsi İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökümət Təşkilatlarına Dəstəyi Şurasının maliyyə yardımı  ilə  fermer təsərrüfatlarında mövcud maliyyələşmə mənbələri, keçən dövr ərzində kreditlərşmənin gətirdiyi problemlər o cümlədən alternativ maliyyə alətləri, onlara çıxış imkanları, investisiya cəlbində uçotun əhəmiyyəti, maliyyə hesabatlığı barəsində də maarifləndirmə işləri aparacaq.  Müvafiq dövlət qurumlarına təkliflərin verilməsinə köməklik göstərmək məqsədilə  “Kəndli fermer təsərrüfatlarında uçotun təşkili və alternativ maliyyə mənbələrinə çıxış imkanlarının artırılmasına dəstək” layihəsini  icrasına başlayacaq. Layihə çərçivəsində maarifləndirici broşur çap olunacaq. Layihənin icrası Bakı, Gəncə, Lənkəran şəhərlərində həyata keçiriləməsi nəzərdə tutulur.   

01.05.2017 Ətraflı

8 aprel 2017-ci ildə Şamaxı şəhərindəki AR Vergilər Nazirliyinin Tədris Mərkəzində Azərbaycanda ilk dəfə "I Milli Mühasiblər Forumu" keçirilmişdir. Forum Azərbaycan Respublikası Vergilər Nazirliyi, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası, Azərbaycan Respublikası Auditorlar Palatası, İqtisadi Resursların Öyrənilməsi İB, İqtisadi Araşdırmalar və Tədris Mərkəzi, Gənc Mühasiblər Birliyi və SİNAM şirkətinin birgə təşkilatçılığı ilə baş tutmuşdur. Tədbiri keçirməkdə məqsəd baş mühasibləri, mühasibatlıq sahəsində çalışan alimləri, ictimai xadimləri və digər maraqlananları bir araya toplayaraq mövzular ətrafında müzakirələr aparmaq, innovativ fikirləri paylaşmaq, təklif və tövsiyələr hazırlamaq, o cümlədən respublikamızda Milli Mühasiblərin forumunu qurmaqdan ibarət olmuşdur.

11.04.2017 Ətraflı

8 aprel 2017 -ci il  Şamaxı şəhəri, AR Vergilər Nazirliyinin Tədris Mərkəzində Azərbaycan Respublikası Vergilər Nazirliyi, Azərbaycan  Respublikası Maliyyə Nazirliyi, Azərbaycan Respublikası Sahibkarlar( İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası, Azərbaycan Respublikası Auditorlar Palatası , İqtisadi Resursların Öyrənilməsi İB, İqtisadi Araşdırmalar və Tədris Mərkəzi, Gənc Mühasiblər Birliyi və SİNAM- ın birgə təşkilatçılığı ilə   Azərbaycanda ilk dəfə "I Milli Mühasiblər Forumu" keçiriləcək.

          

06.04.2017 Ətraflı