Şamaxıda gənclər üçün treninq keçirildi.

25 - 26 aprel 2019 – cu il tarixində Şamaxı rayon Gənclər və İdman İdarəsinin akt zalında Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi İqtisadi Resursların Öyrənilməsi Mərkəzi (İRÖM) və İqtisadi Araşdırmalar və Tədris Mərkəzi (İATM) ilə birlikdə gənclərin iqtisadi biliklərinin və sahibkarlıq bacarıqlarının inkişaf etdirilməsinə dair təlim kursuna başlanılmışdır.Təlim kursuna rayonda fəaliyyət göstərən Şamaxı Humanitar Kollecinin 40 nəfərə yaxın tələbə gənci cəlb edilmişdir. Tədbirdə həmçinin Gənclər və İdman Nazirliyinin məsul işçisi Rüstəm Abdullayev, Azərbaycan Dövlət İqtisad Universitetinin Magistratura və Doktorantura bölməsinin müəllimi, Ruslan Atakişiyev,  Radil Fətullayev və “Şəffaflıq” Müstəqil ictimai-siyasi-hüquq qəzetinin Baş redaktoru Vahid İsmayılov da iştirak etmişdir. Tədbiri giriş sözü ilə açan Şamaxı rayon Gənclər və İdman idarəsinin rəisi Şahmar Hüseynov gəncləri salamladı və iştirakçılara təlimdə uğurlar arzuladı. Sonra nazirliyin məsul işçisi Rüstəm Abdullayev çıxış edərək təlim kursunun mahiyyəti haqqında geniş məlumat verdi. Çıxışlar bitdikdən sonra təlimçilər İqtisadi Resursların Öyrənilməsi Mərkəzi i.f.d.Ruslan Atakişiyev və İqtisadi Araşdırmalar və Tədris Mərkəzinin vitse prezidenti Radil Fətullayev gənclərin iqtisadi biliklərinin və sahibkarlıq bacarıqlarının inkişaf etdirilməsi mövzusunda hazırlanmış proqram çərçivəsində təlim kursuna başladılar. Təlimdə iştirak edən gənclərə Gənclər və İdman Nazirliyi tərəfindən hazırlanmış “Gənc Sahibkarın Yaddaş Kitabçası” adlı kitabçalar təqdim olundu.2 gün davam edəcək təlim kursunun sonunda Gənclər və İdman Nazirliyi tərəfindən iştirakçı gənclərə sertifikatlar təqdim ediləcəkdir.