İRÖM Staruplar üçün təlim keçirdi.
Azərbaycan Respublikası Prezidentinin “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrinin təsdiq edilməsi haqqında” Fərmanının icrasını təmin etmək məqsədilə UNEC müxtəlif tədbirlərin Strateji Planını hazırlayib (2017-2020-ci illər üçün) təsdiqləmişdi. Bu məqsədlə 3 mart 2018 ci ildə UNEC-də “Startaplar üçün layihələrin hazırlanması və maliyyə vəsaitlərinin cəlb edilməsi” (fundraising) mövzusunda təlim keçirilib. Təlim İqtisadi Resursların İctimai Birliyinin sədri Ruslan Atakişiyev və İqtisadi Araşdırmalar və Tədris Mərkəzinin vitse-prezidenti Radil Fətullayev tərəfindən həyata keçirilib. Təlimdə layihələrin hazırlanması və donor təşkilatlardan maliyyə vəsaitlərinin cəlb edilməsindən bəhs edilib. İştirakçılara öz bizneslərini inkişaf etdirməkdə donor təşkilatların rolu və real layihə nümunəsinin necə hazırlanması haqqında geniş məlumat verilib. Təlimin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb. Təlimdə startaplarla yanaşı öz bizneslərinə başlamağı planlaşdıran tələbə və magistrlər iştirak edib.