Layihə çərçivəsində broşur nəşr edildi.
İqtisadi Resursların Öyrənilməsi İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökümət Təşkilatlarına Dəstəyi Şurasının maliyyə yardımı ilə fermer təsərrüfatlarında mövcud maliyyələşmə mənbələri, keçən dövr ərzində kreditləşmənin gətirdiyi problemlər o cümlədən, alternativ maliyyə alətləri, onlara çıxış imkanları, investisiya cəlbində uçotun əhəmiyyəti, maliyyə hesabatlığı barəsində də maarifləndirmə işləri aparacaq. Müvafiq dövlət qurumlarına təkliflərin verilməsinə köməklik göstərmək məqsədilə “Kəndli fermer təsərrüfatlarında uçotun təşkili və alternativ maliyyə mənbələrinə çıxış imkanlarının artırılmasına dəstək” layihəsini çərçivəsində maarifləndirici broşur çap olunmuşdur. Layihənin icrası Bakı, Gəncə, Lənkəran şəhərlərində həyata keçiriləcək. İlk treninq- debatın 27 sentyabr 2017-ci ildə Samux şəhərində fermerlərlə keçirilməsi nəzərdə tutulub.