Yeni layihəyə start verildi.

Müasir şəraitdə dövlətin qarşısında duran başlıca vəzifələrdən biri də iqtisadiyyatın digər sahələri ilə yanaşı strateji sahələrdən hesab olunan aqrar sahənin dayanaqlı inkişafını təmin etməkdir. Aqrar sahənin məqsədyönlü inkişafı ilk növbədə uçotun düzgün təşkilindən asılıdır. Kiçik həcmdə olan təsərrüfatların iqtisadi potensialının zəif olması, kənd yerlərində torpaq və əmlak bazarlarının kifayət qədər inkişaf etməməsinə görə kreditin alınması ilə bağlı girov təminatında mövcud problemlər, kənd təsərrüfatı sığortasının zəif inkişafı, uçotun aparılması sahəsində mövcud olan yayınmalar, maliyyə hesabatlığı və şəffaflığı o cümlədən də kənd təsərrüfatı kreditləri üzrə zəmanət mexanizminin olmaması və digər səbəblərlə bağlıdır. Problemin aktuallığını nəzərə alaraq İqtisadi Resursların Öyrənilməsi İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökümət Təşkilatlarına Dəstəyi Şurasının maliyyə yardımı  ilə  fermer təsərrüfatlarında mövcud maliyyələşmə mənbələri, keçən dövr ərzində kreditlərşmənin gətirdiyi problemlər o cümlədən alternativ maliyyə alətləri, onlara çıxış imkanları, investisiya cəlbində uçotun əhəmiyyəti, maliyyə hesabatlığı barəsində də maarifləndirmə işləri aparacaq.  Müvafiq dövlət qurumlarına təkliflərin verilməsinə köməklik göstərmək məqsədilə  “Kəndli fermer təsərrüfatlarında uçotun təşkili və alternativ maliyyə mənbələrinə çıxış imkanlarının artırılmasına dəstək” layihəsini  icrasına başlayacaq. Layihə çərçivəsində maarifləndirici broşur çap olunacaq. Layihənin icrası Bakı, Gəncə, Lənkəran şəhərlərində həyata keçiriləməsi nəzərdə tutulur.