"Kiçik sahikarlıq subyektlərində könüllü vergi ödəmə mədəniyyəti” kitabçası işıq üzü gördü.

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökümət Təşkilatlarına Dəstəyi Şurasının maliyyə yardımı ilə İqtisadi Resursların Öyrənilməsi İB tərəfindən “Kiçik sahibkarlıq subyektlərində könüllü vergi ödəmə mədəniyyətinin formalaşmasına dəstək” mövzusunda həyata keçirilən layihə çərçivəsində hazırlanaraq çap edilmişdir.
Kitabça kiçik sahibkarlar, təşəbbüskarlar, könüllü vergi ödəmələri ilə maraqlananlar üçün nəzərdə tutulmuşdur. Kitabça İqtisadi Resursların Öyrənilməsi İB ekspertləri tərəfində hazırlanmışdır. 
Kitabça layihə çərçivəsində keçiriləcək treyninq –debatlarda iştirakçılara təqdim olunacaq.