“Qlobal Saziş 2030: Korporativ Davamlılıq üzrə Qlobal Sammit “

Azərbaycan nümayəndə heyəti  “Qlobal Saziş 2030: Korporativ Davamlılıq üzrə Qlobal Sammit “  də ölkəni yüksək səviyyədə təmsil etdilər...04 May 2016-cı il, Cexiya Respublikasının Qlobal Saziş   “Qlobal Saziş 2030: Korporativ Davamlılıq üzrə Qlobal Sammit “  üzrə Yerli Şəbəkəsinin təşkil etdiyiadlı beynəlxalq tədbirdə, Azərbaycan Qlobal Saziş Yerli Şəbəkəsinin təmsilçisi İqtisadi Resursların Öyrənilməsi İctimai Birliyinin sədri Ruslan Atakişiyev , təmsilçi köməkçisi və Azərbaycan Su Təsərrüfatı İşçiləri Həmkarlar İttifaq Respublika Komitəsinin Təşkilati və Beynəlxalq Əlaqələr şöbəsinin müdiri Xəyalə Məmmədova, üzv təşkilatın nümayəndəsi İqtisadi Resursların Öyrənilməsi İctimai Birliyinin sədr müavini Radil Fətullayev Azərbaycanı Qlobal Sammitdə təmsil etdilər. Azərbaycan təmsilçiləri sammitin müxtəlif panellərində mövzulara uyğun olaraq Azərbaycanın Qlobal Saziş üzrə Yerli Şəbəkəsinin fəaliyyəti, yeni işçi heyəti eyni zamanda gördüyü işlərlə və həyata keçirdiyi layihələr haqqında iştirakçıları məlumatlandıraraq, bu sahədə onlara dəstək olan təşkilatlar haqqında geniş məlumat verdilər. Təqdimatlardan sonra BMT Qlobal Saziş Yerli Şəbəkəsinin rəhbəri Valid Naghi tərəfindən aparılan müzakirə sessiyasında yerli şəbəkələr arasında geniş fikir mübadilələri aparıldı. Bununla yanaşı Valid Nağı ilə Azərbaycan Qlobal Saziş Yerli Şəbəkəsinin, İqtisadi Resursların Öyrənilməsi İctimai Birliyinin nümayəndələri arasında görüş keçirilmişdir. Görüş zamanı Azərbaycanın bu şəbəkədə yerinin gücləndirilməsi məqsədilə 2016-cı il üzrə fəaliyyət planı, daxili idarəetmə strukturunda islahatların aparılması üzrə danışıqlar aparılmışdır. Həmçinin, qarşıdakı 2017 və ya 2018-ci ildə Bakıda Avropa Qlobal Saziş Yerli Şəbəkələrinin illik görüşünün keçirilməsi ilə bağlı müzakirələr də aparılmışdır. Tədbirin sonunda Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maddi dəstəyi ilə çap olunan “Biznesdə Qlobal Saziş Prinsipləri” bülleteni tədbirdə iştirak edən 40-a yaxın Avropa ölkəsi üzrə iştirak edən Yerli Şəbəkə nümayəndələrinə paylanıldı.