“Qlobal Saziş prinsipləri barəsində sahibkarlıq subyektlərinin maarifləndirilməsi” seminar- treyninqi keçirilmişdir.

30 oktyabr 2015-ci il tarixində Azərbaycan Türkiyə İş Adamları Birliyinin konfrans zalında İqtisadi Resursların Öyrənilməsi İctimai Birliyininin təşkilatçılığı və BMT-nin Qlobal Saziş təşəbbüsünün Azərbaycan nümayəndəliyi ilə birgə “Qlobal Saziş prinsipləri barəsində sahibkarlıq subyektlərinin maarifləndirilməsi” layihəsi çərçivəsində Biznes nümayəndələri üçün seminar-treyninq təşkil olunmuşdur. Qeyd edək ki, bu layihə Azərbaycan Respublikasının Prezidenti yanındaQeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə icra olunur. Tədbirdə Azərbaycanda tanınmış 40-a yaxın şirkətlərin, sahibkarlar Assosiasiyalarının və dövlət qurumlarının nümayəndələri iştirak etmişdilər.Tədbiri giriş sözü ilə açan Qlobal Sazişin Azərbaycan üzrə rəsmi təmsilçisi /“İqtisadi Resursların Öyrənilməsi” İctimai Birliyinin sədri Ruslan Atakişiyev BMT-nin Qlobal Saziş təşəbbüsü haqqında iştirakçılara məlumat vermişdir. O, çıxışında bu şəbəkənin dünyanın ən böyük könüllü qrupu olduğunu bildirmişdir. Belə ki, şəbəkəyə dünyanın 161 ölkəsindən 13,000-dən çox kommersiya qurumu, Universitet, ictimai təşkilat qoşulmuşdur. Azərbaycanda isə bu təşəbbüs 2011-ci ilin noyabr ayından rəsmi şəkildə fəaliyyətə başlamışdır.Qlobal Saziş təşəbbüsü bütün şirkətləri 4 başlıca istiqaməti özündə ehtiva edən 10 prinsip üzrə - insan hüquqları, əmək normaları, ətraf mühitin qorunması və korrupsiya əleyhinə mübarizədə BMT ilə yaxından əməkdaşlıq etməyə çağırır.Sonra Seminar treyninqdə Qlobal Sazişin Azərbaycan üzrə rəsmi təmsilçisinin köməkçisi/ Azərbaycan Su Təsərrüfatı İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin Təşkilati və Beynəlxalq Əlaqələr şöbəsinin müdiri Xəyalə Məmmədova - insan hüquqları, ətraf mühitin qorunması sahəsində, İqtisadi Araşdırmalar və Tədris Mərkəzinin vitse -prezidenti / Beynəlxalq Mühasibatlıq üzrə ekspert Radil Fətullayev – əmək normaları, korrupsiya əleyhinə mübarizə üzrə mühazirələr oxumuşdular.Qeyd edək ki, tədbir 31 oktyabr 2015-ci il tarixində də davam edir.