İRÖM sərgidə iştirak etdi.
Beyin Mərkəzlərinin qərar qəbulu arenasinda rolunun gücləndirilməsi vasitəsilə idarəetmənin effektivliyinin yüksəldilməsi tədbirinin hesabatıİqtisadi Resursların Öyrənilməsi İctimai Birliyi (SER)12.12.2013 tarixində Avropa İttifaqının maliyyə dəstəyi ilə İqtisadi Tədqiqatlar Mərkəzinin təşkil etdiyi “Beyin Mərkəzlərinin qərar qəbulu arenasinda rolunun gücləndirilməsi vasitəsilə idarəetmənin effektivliyinin yüksəldilməsi” tədbirində iştirak etmişdir.Tədbirdə görülən işlərin təqdimatından əlavə həm də, kitab sərgisi təşkil
olunmuşdur.İRÖİB fürsətdən istifadə edərək öz məhsullarının yüksək səviyyədə sərgisini edib. Sərgidə “Faizsiz Bankçılığa Giriş”, “Azərbaycanda Ali Təhsil Haqlarının Müəyyənləşdirilməsinin Mövcud Vəziyyətivə Təkmilləşdirilməsi Yolları (metodiki vəsait)”, “Korporativ İdarəetmə Haqqında Müxtəsər Anlayış”, “Biznesin Sosial Məsuliyyəti”, “Azərbaycanda Faizsiz Maliyyə Bazarının İnkişaf Perspektivləri”, “Beynəlxalq Uçot və Hesabata Giriş”, “Gənc Sahibkarların Stolüstü Kitabı”, “Ali Təhsildə Qrant Maliyyələşdirilməsi Mexanizminin Formalaşdırılmasına Dəstək Layihəsinin Tövsiyə Sənədi” adlı kitab və məqalələr toplusu iştirakçılara təqdim olunmuşdur. Həmin məhsullar, xüsusən də “Gənc Sahibkarların Stolüstü Kitabı” ziyarətçilərarasında daha çox bəyənilmişdir və 40-a yaxın kitab gənclərə İqtisadi Resursların Öyrənilməsi İctimai Birliyi (İRÖİB) tərəfindən hədiyyə olunmuşdur.