KIV- lər üçün tədbir keçiriləcək
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi, Azərbaycan Respublikası Təhsil Nazirliyinin Elmi-koordinasiya şurasının “Ali təhsilin iqtisadiyyatı” komissiyasının tərəfdaşlığı ilə İqtisadi Resursların Öyrənilməsi İctimai Birliyi tərəfindən “Ali Təhsildə Qrant maliyyələşdirməsi mexanizminin formalaşdırılmasına dəstək” layihəsi çərçivəsində tövsiyə sənədi hazırlanmışdır. Tövsiyə sənədi ali təhsildə qrant maliyyələşdiməsi ilə əlaqədar ümumi məlumatı, Azərbaycanda ali təhsildə qrant maliyyələşdirilməsinin mövcud vəziyyətini, ali təhsildə qrant maliyyələşdirməsi sahəsində beynəlxalq təcrübəni, dünya təcrübəsində universitetlərin qrant mənbələrini və qrantları cəlb etmə yollarını, layihə çərçivəsində keçirilən müsahibəni və qrant maləyyələşdirməsi sahəsində tövsiyələri özündə ehtiva edir. Bu sənədin müvafiq sahə üzrə mütəxəssislərlə ilkin müzakirəsi 17 Sentyabr 2013-cü il tarixində təşkil olunmuşdur. Müzakirələrdə Təhsil Nazirliyinin, Azərbaycan Respublikası Prezidenti yanında Elmin İnkişafı Fondunun, universitetlərin, QHT nümayəndələri iştirak etmişdilər. Bu müzakirələrdən əldə olunan təkliflər sistemləşdirilərək yekun tövsiyə sənədi hazırlanmışdır. Bu baxıman 22 oktyabr 2013-cü il tarixində Mətbuat prospekti, 529 ünvanında yerləşən Beynəlxalq Mətbuat Mərkəzinin Mətbuat zalında təşkil olunmuş tədbirdə məqsəd tövsiyə sənədinin yekun şəklinin KİV nümayəndələrinə təqdim olunmuşdur. Qeyd edək ki, hazırlanmış tövsiyə sənədi A.R. Təhsil Nazirliyinə, A.R. Milli Məclisin Elm və Təhsil Komitəsinə, A.R. Prezidenti Adminstrasiyasının Humanitar məsələlər şöbəsinə, A.R. Prezidenti yanında Elmin İnkişafı Fonduna, dövlət və özəl universitetlərə təqdim olunacaqdır.