“Universitetlərdə kadr hazırlığı və elmi-tədqiqat işlərinin ölkənin sosial-iqtisadi inkişafına təsirlərinin artırılması ” layihəsinin icrasına başlanılmışdır

“İqtisadi Resursların Öyrənilməsi” İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə “Universitetlərdə kadr hazırlığı və elmi-tədqiqat işlərinin ölkənin sosial-iqtisadi inkişafına təsirlərinin artırılması ” layihəsinin icrasına 03 mart 2014 –cü ildə başlamışdı. Layihə “AZƏRBAYCAN 2020: GƏLƏCƏYƏ BAXIŞ” İNKİŞAF KONSEPSİYASI-nda insan kapitalının inkişafı və səmərəli sosial müdafiə sisteminin qurulması hissəsindəki, Müasir təhsil sisteminin formalaşdırılması bölməsinidə qeyd olunan vəzifələrin Dövlət (cəmiyyət) – Universitet (təhsil+elmi tədqiqat) – Sahibkarlıq = Sosial-iqtisadi inkişaf prioritetliyində ictimai müzakirəsinin təşkilini və bu debatlardan əldə olunan təkliflərin tövsiyə şəklində çap olunaraq Universitetlərə və müvafiq dövlət qurumlarına təqdim edib əməli işdə ictimai iştirakçılığı artırmaqdan bəhs edir.