“Ali Təhsildə Qrant maliyyələşdirməsi mexanizminin formalaşdırılmasına dəstək” layihəsi çərçivəsində tövsiyə sənədi hazırlanmışdır.

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi, Azərbaycan Respublikası Təhsil Nazirliyinin Elmi-koordinasiya şurasının “Ali təhsilin iqtisadiyyatı” komissiyasının tərəfdaşlığı ilə İqtisadi Resursların Öyrənilməsi İctimai Birliyi tərəfindən “Ali Təhsildə Qrant maliyyələşdirməsi mexanizminin formalaşdırılmasına dəstək” layihəsi çərçivəsində tövsiyə sənədi hazırlanmışdır. Bu sənədin müzakirəsi 17 Sentyabr 2013-ci il tarixində Həsən Əliyev 135 ünvanında (Azərbaycan Dövlət İqtisad Universitetinin 2-ci tədris korpusu, 102 No-iclas zalı) təşkil olunacaq. 
Tövsiyə sənədi ali təhsildə qrant maliyyələşdiməsi ilə əlaqədar ümumi məlumatı, Azərbaycanda ali təhsildə qrant maliyyələşdirilməsinin mövcud vəziyyətini, ali təhsildə qrant maliyyələşdirməsi sahəsində beynəlxalq təcrübəni, dünya təcrübəsində universitetlərin qrant mənbələrini və qrantları cəlb etmə yollarını, layihə çərçivəsində keçirilən müsahibəni və qrant maləyyələşdirməsi sahəsində tövsiyələri özündə ehtiva edir. 
Dəyirmi masada məqsəd tövsiyə sənədinin müvafiq sahə üzrə mütəxəssislərlə müzakirəsinin təşkil olunmasıdır. Bu müzakirələrdən əldə olunan təkliflər sistemləşdirilərək yekun tövsiyə sənədi hazırlanacaq və müvafiq qurumlara təqdim olunacaqdır. 
Müzakirələrdə Təhsil Nazirliyinin, Elm Fondunun, universitetlərin, QHT nümayəndələri iştirak edəcəkdir.