“Bələdiyyə Mühasibatlığının Milli Standartlara uyğunluğunun təşkili” layihəsinin icrasına başlanılır.

Almaniya Beynəlxalq Əməkdaşlıq Təşkilatının  Azərbaycanda “ Cənubi Qafqazda Yerli İdarəetmə Orqanlarının İnkişafı” proqramı çərçivəsində həyata keçirdiyi “Bələdiyyə Mühasibatlığının Milli Standartlara uyğunluğunun təşkili” layihəsi uğurla həyata keçirilir. Layihənin keçirilməsində əsas məqsəd bələdiyyələrdə uçot və hesabat sisteminin əsasları haqqında ümumi məlumatlandırma və yeni uçot və hesabat sisteminə keçid üçün nəzəri və praktiki biliklərin formalaşdırılmasıdır. Hazırda layihə Bakı, Xaçmaz, Quba, Şəmkir, Qazax, Zaqatala, Şəki, Qəbələ və digər şəhər və rayonlarda uğurla həyata keçirilib. Qeyd edək ki, dərslər “İqtisadi Resursların Öyrənilməsi” İctimai Birliyinin təcrübəli ekspert və müəllim heyəti olan Radil Fətullayev, Fərid Abbaslı, İbad İbadov, Murad Nuriyev tərəfindən keçilir.