Gəncə şəhərində

Dünya Bankının Bakı Ofisi VƏ İqtisadi Resursların Öyrənilməsi Mərkəzi"Davamlı İnkişaf Məqsədləri- Azərbaycanda Milli Məsləhətləşmələr" mövzusunda 30 may  2013-ci ildə Gəncə şəhəri Gəncə Dövlət Universitetində tədbir keçirmişdir. Tədbirdə 60-a yaxın, Elmi tədqiqat institutlarının, universitetlərin, QHT-lərin, Biznesin, və KİV-lərin nümayəndələri iştirak etmişdir. Tədbiri giriş sözü ilə İqtisadi Resursların Öyrənilməsi Mərkəzinin sədri i.f.d. Ruslan Atakişiyev açdı. Bütün iştirakçıları salamlayan Ruslan müəllim 2015-ci ildən sonraki dövrdə MİM-lər arasında inteqrasiyanın əldə edilməsi və prioritetləri müəyyənləşdirmənin əhəmiyyətindən bəhs etdi. Bu tədbirin məqsədinin 2015 sonraki dövr üçün DİM-lərin müəyyən edilməsində, Azərbaycanlı yerli hökumət qurumları nümayəndələrinin, Azərbaycanda fəaliyyət göstərən beynəlxalq təşkilatlar, QHT-lər, fikir adamlarının, elmi işçilər, biznes nümayəndələri və KİV-lərin fikirlərinin öyrənilməsi olduğunu vurğuladı.

  Sonra söz İqtisadi İnkişaf Nazirliyinin Gəncə-Qazax Regionu üzrə nümayəndəsi Eldar Hacıyevə verildi.İştirakçıları salamlamlayaraq bildirdi ki, bu tədbir Gəncə ziyalılarının toplaşdığı bir seminardır. O, bu tədbirin regionda keçirilməsinin önəmini vurğuladı və belə tədbirlərin tez-tez keçirilməsini tövsiyyə etdi. Bu tədbirin hamı üçün lazım olduğunu bildirdi. Davamlı inkişaf Məqsədlərinin bütün cəmiyyət üçün vacib məsələ olduğunu iştirakçıların diqqətinə çatdırdı. O, bildirdi ki, QHT-lər də belə tədbirlərdə öz sözünü deməlidir. Yoxsulluğun səviyyəsinin azaldılmasında Azərbaycaının rolu mühüm olmalıdır. Burada dövlət təşkilatlarının da rolunun artırılmasını təklif etdi.  O, fikrinə davam edərək qeyd etdi ki, İqtisadi İnkişaf nazirliyi bu istiqamətdə bir sıra işlər aparır. Ancaq yenə də işlərin keyfiyyətinin artırılmasına ehtiyac vardır.

Dünya Bankının Azərbaycan ofisinin ictimayyətlə əlaqər şöbəsinin rəhbəri Zaur Rzayev qeyd etdi ki, Azərbaycan bu gün yuxarı orta gəlirli ölkələrdən biridir. O,çıxışında MİM-lərdə başlıca yer tutmuş Ana və Uşaq ölümü haqqında, Təhsil haqqında, İş yerləri və məşğulluq imkanları barəsində danışaraq gələcəkdə səylərin digər mühüm sahələrə də yönəldilməsini təklif etdi. O, bildiridi ki, Azərbaycanda müxtəlif lazımi strategyalar qəbul olunub, bir sıra sektoral inkişaf konsepsiyaları işlənib hazırlanıb və bu işlərin davam etdirilməsinə böyük ehtuyac vardır. O, çıxışında Gəncə şəhərinin ölkənin 2-ci böyük mərkəzi olduğunu önə çəkərək təklif etdi ki, görüş zamanı açıq səmimi müzakirələr aparılsın. Sonra Gəncə Dövlət Universitetinin dosenti Abbasov Yaşar Zaur Rzayevə sual verdi: Uzun müdddətdir ki, DB ciddi tədbirlər görür. Lakin, buna baxmayaraq DB-nin uğursuz layihələrinin sayı artır. Həmçinin, fikrimcə DB ABŞ mənafeyindən çıxış edir. Zaur Rzayevin cavabı: İdeal heç nə yoxdur. İş görülən yerdə çatışmazlıqlar olar. DB-yə Yeni prezident seçilib. Hazırda DB-nın yeni strategiyası hazırlanır. O ki, qaldı ABŞ-ın mənafələrinin əsas götürülməsi fikri ilə razı deyiləm. DB-nı iri bir səhmdar cəmiyyəti hesab etmək olar. Bu tarixi ənənlərdən biridir ki, ABŞ ən böyük paya sahibdir. Bu gün bu pay 12-13 faizdir. Onu da qeyd edim ki, DB-də son dövrlər BRİK ölkələrinin payı artmaqdadır. DB-nin bütün sənədləri ictimayyət üçün açıq elan olunub. Burada hər şey şəffafdır. DB-nın bütün nəşrlərini bankın saytına daxil olaraq götürə bilərsiniz. Bundan sonra söz məruzə üçün Azərbaycan Dövlət Aqrar Universitetinin maliyyə və iqtisadi nəzəriyyə kafedrasının müdiri Məhərrəm Hüseynova verildi. O, bəşəriyyətın bu günkü problemləri, BMT-nın proqramları, Dövlətin bu istiqamətdə izlədiyi strategiyalar, yoxsulluq kriteryaları, iri fermerlərin yaradılması, Qnunvericilik bazasının təkmilləşdirilməsi, Kooperasiyalar haqqında Qanunun qəbul edilməsi, Azərbaycanın gələcəyə baxış 2020 konsepsiyası, Qeyri-neft sektoru kimi Aqrar sahənin inkişafı, Aqrar sektorda Rentabellik səviyyəsi, Kommersiya Bankları tərəfindən təqdim olunan kreditlərin fazinin yüksəkliyi barəsində geniş fikir söylədi. Bundan sonra sual-cavab sessiyasına keçildi.

Gəncə Dövlət Universiteti (GSU) İqtisadiyyat və İdarəetmənin inkişafı kafedrasının dosenti Oktay Məmmədli insanların sayının artmasının məhdud resursların istifadəsinə təsiri haqqında fikir söylədi. O, təklif etdi ki, regionlar üzrə kredit faizləri fərqli olmalıdır. Milli bankın uçot dərəcəsi aşağı salınmalıdır. GSU-nun Marketinq kafedrasının dosenti Ali məktəblərdə orta aylıq əmək haqqının artırılamasını təklif edərək bu istiqamətə DB-nin fəaliyyəti ilə bağlı Zaur müəllimə sual verdi. Zaur Rzayev öz növbəsində DB-nin Ali təhsillə bağlı layihəsinin olmadığını qeyd edərək bu sahədə Bankın gələcəkdə işlər aparmaq niyyətinin olmasını bildirdi. Dosent Quliyev Vəfa Modifikasiya olunmuş meyvələrdən danışaraq Azərbaycanda beynəlxalq standartların tətbiqi sahəsində islahatların sürətləndirilməsini təklif etdi. Azərbaycan Dövlət Aqrar Universitetindən Yaşar bəy Vahid torpaq sisteminin yaradılmalsını, Koperasiyalar haqqında Qanunun qəbul edilməsini, kənd təsərrüfatı məhsullarının satışında vasitəçilərin aradan qaldırılmasını təklif etdi. Gəncə ziyalısı alim Mahir Məmmədov təhsil sistemində baloniya sisteminə keçidin problemləri, aşağı əmək haqqı barəsində danışdı. O, neft gəlirlərinin aqrar sektorun inkişafına sərf olunmsını da təklif etdi. Digər bir çıxışçı Cahangirov Nadir Universitetlərin buraxdığı kadrların işlə təmin olunması, yeni texnologiyaların gətirilməsi və yeni laboratoriyaların qurulması, ərzaq məhsullarının ucuzlaşdırılması istiqamətində mühüm tədbirlərin görülməsinin vacibliyindən danışdı. Milli Qeyri-Hökumət Təşkilatları Forumunun Gəncə şəhəri üzrə koordinatoru Camal müəllim Aqrar sahənin inkişafı ilə bağlı nəqliyyat və kənd yollarının yaxılaşdırılmasını, Açıq hökumət və korrupsiyaya qarşı mübarizənin gücləndirilməsini təklif etdi. Sonda bütün iştirakçılar müzakirələri davam etdirmələri üçün nahar süfrəsinə dəvət olundular.