"Biznesin sosial məsuliyyəti” adlı kitabçası artıq işıq üzü görmüşdür

İqtisadi Resursların Öyrənilməsi Mərkəzinin Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının 2012-ci ildə QHT layihələrinin maliyyələşdirilməsi üçün elan edilmiş birinci maliyyə yardımı müsabiqəsi çərçivəsində ayrılmış qrant vəsaiti hesabına  nəşri nəzərdə tutulan “Biznesin sosial məsuliyyəti” adlı kitabçası  artıq işıq üzü görmüşdür. Kitabça sosial problemlərin həlli istiqamtində biznesə təklif olunan mütərəqqi vasitələr, Azərbaycanda bu sahədə mövcud vəziyyətə yanaşmalar, milli sahibkarlığın bu fəaliyyətə cəlb olunmasının biznesin inkişafı üçün əhəmiyyəti, bu istiqamətdə ictimai təsisatlarla əməkdaşlığın əhəmiyyəti və ictimai birliklərin atacağı addımlar, sosial məsuliyyətin biznes subyektlərində tətbiqi üzrə praktiki misalları özündə ehtiva edir. Kitabça, korporativ sosial məsuliyyət sahəsi ilə maraqlanan geniş oxucu kütləsi, özəl sahibkarlıq subyektləri, ali məktəb tələbələri və QHT –lər üçün nəzərdə tutulmuşdur. Xüsusilə də sahibkarlar üçün təlimatlandırıcı bilikləri özündə ehtiva etmişdir.