İRÖM-ün "İqtisadçılar" komandası QHT-lərin futbol turnirində qrup mərhələsini adladı

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının, qhtxeber.az - saytının təşkilatçılğıilə  QHT-lər arasında futbol turnirinin III turu yekunlaşıb. qhtxeber.az-ın verdiyi məlumata görə, iyunun 18-də turnirin təşkilat komitəsinin iclası keçirilib. İclasda III turda baş vermiş qanun pozuntuları araşdırılıb, müvafiq qərarlar qəbul olunub.

 

    “Müasir dünya” komandasının heyətində peşəkar futbolçuların olması ilə bağlı məsələ araşdırılıb və məlum olub ki, komandanın iştirak ərizəsində olan 2 futbolçu-Səlimxanov Şamil və Ağayev Cavidan peşəkar futbol komandası olan və Azərbaycan çempionatının 1-ci dəstəsində çıxış edən MOİK-in şərəfini qoruyurlar. MOİK-in Peşəkar Futbol Liqasının pfl.az saytında yerləşdirilmiş iştirak ərizəsinə baxış keçirilərkən fakt təsdiqini tapıb. Təşkialt komitəsinin qərarı ilə “Müasir dünya” komandasına peşəkarların xidmətindən yararlandığı üçün bütün oyunlarda texniki məğlubiyyət verilib.   Təşkilat komitəsinə “Sahibkarlar” komandasının heyətində də peşəkar futbolçunun olması ilə bağlı məlumat daxil olub. Araşdırmalar nəticəsində məlum olub ki, komandanın iştirak ərizəsində adı olan Nicat İbrahimov peşəkar futbol komandası olan və Azərbaycan çempionatının 1-ci dəstəsində çıxış edən MOİK-in şərəfini qoruyur. MOİK-in Peşəkar Futbol Liqasının pfl.az saytında yerləşdirilmiş iştirak ərizəsinə baxış keçirilərkən fakt təsdiqini tapıb. Təşkialt komitəsinin qərarı ilə “Sahibkarlar” komandasına peşəkarların xidmətindən yararlandığı üçün bütün oyunlarda texniki məğlubiyyət verilib.  

 

Belə olan təqdirdə bu qrupdan növbəti mərhələyə “Miras” və “İqtisadçılar” komandası vəsiqə qazanıb.