"II Milli Mühasiblər Forumu" keçirilmişdir.
28-29 aprel 2018-ci ildə Şamaxı şəhərindəki AR Vergilər Nazirliyinin Tədris Mərkəzində Azərbaycanda ilk dəfə "II Milli Mühasiblər Forumu" keçirilmişdir. Forum Azərbaycan Respublikası Vergilər Nazirliyi, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası, Azərbaycan Respublikası Auditorlar Palatası, İqtisadi Resursların Öyrənilməsi İB, İqtisadi Araşdırmalar və Tədris Mərkəzi, Gənc Mühasiblər Birliyi və SİNAM şirkətinin birgə təşkilatçılığı ilə baş tutmuşdur.
Tədbiri keçirməkdə məqsəd baş mühasibləri, mühasibatlıq sahəsində çalışan alimləri, ictimai xadimləri və digər maraqlananları bir araya toplayaraq mövzular ətrafında müzakirələr aparmaq, innovativ fikirləri paylaşmaq, təklif və tövsiyələr hazırlamaq, o cümlədən respublikamızda Milli Mühasiblərin forumunu qurmaqdan ibarət olmuşdur.