SER Türkiyə nümayəndə heyəti ilə görüşdü

 18 iyun 2026 -cı ildə İqtisadi Resursların Öyrənilməsi Mərkəzi (SER) ilə Türkiyə Respublikası Prezident Administrasiyasının Yatırım ve Finans Ofisi arasında İslam maliyyəsi sahəsində insan kapitalının inkişafına yönəlmiş əməkdaşlıq çərçivəsində saziş imzalanıb.

Sazişi SER-in sədri Ruslan Atakişiyev və Türkiyə Respublikası Prezident Administrasiyasının Yatırım ve Finans Ofisinin nümayəndəsi Tarık Akın imzalayıblar.

Qeyd edək ki, qonaqlar İslam İnkişaf Bankı Qrupunun 16-19 iyun 2026-cı il tarixlərində keçiriləcək İllik Toplantısı çərçivəsində Azərbaycanda səfərdədirlər