ABB, SER və AAOIFI rəhbərliyi İslam maliyyəsi üzrə əməkdaşlıq imkanlarını müzakirə edib
2026-cı il iyunun 17-də İslam İnkişaf Bankının #isdb Bakıda keçirilən 51-ci İllik Toplantısı çərçivəsində Azərbaycan Beynəlxalq Bankının Baş direktoru Fuad İslamov, ABB-nin digər rəhbər əməkdaşları, İqtisadi Resursların Öyrənilməsi Mərkəzinin (SER) sədri Ruslan Atakişiyev və AAOIFI Qəyyumlar Şurasının sədri Şeyx İbrahim bin Xəlifə Al-Xəlifə arasında üçtərəfli görüş keçirilib.
Görüş zamanı İslam bankçılığı və maliyyəsinin inkişaf perspektivləri, Azərbaycanda faizsiz maliyyə alətlərinin tətbiqi, İslam maliyyəsi üzrə beynəlxalq təcrübənin öyrənilməsi müzakirə olunub.
Tərəflər İslam maliyyəsinin dayanıqlı iqtisadi inkişafın, və yeni investisiya imkanlarının genişləndirilməsində mühüm rol oynadığını vurğulayaraq, bu sahədə gələcək birgə təşəbbüslərin və tərəfdaşlığın inkişaf etdirilməsində maraqlı olduqlarını bildiriblər.
