İqtisadi Resursların Öyrənilməsi Mərkəzində Banqladeşin Eastern Bank PLC nümayəndələri ilə görüş keçirilib.
15 iyun 2026-cı il tarixində İqtisadi Resursların Öyrənilməsi Mərkəzinin (SER) sədri Ruslan Atakişiyev, SER-in İslam Maliyyəsi üzrə Ekspert Şurasının üzvləri Fuad Quliyev və Əkrəm Nəcəfli ilə Banqladeşin “Eastern Bank PLC”nin İslam bankçılığı departamentinin direktor müavini Mizanur Rahman və bankın icraçı direktor müavini Mehdi Zaman arasında görüş keçirilmişdir.
Görüş zamanı Azərbaycanda və Banqladeşdə İslam maliyyəsi və İslam bankçılığı sahəsində mövcud vəziyyət, bu sahədə beynəlxalq təcrübə, əməkdaşlıq imkanları, eləcə də İslam maliyyə alətlərinin inkişaf perspektivləri ətrafında geniş fikir mübadiləsi aparılmışdır.
Tərəflər İslam maliyyəsi sahəsində bilik və təcrübə mübadiləsinin, elmi-tədqiqat əməkdaşlığının və gələcək birgə təşəbbüslərin əhəmiyyətini vurğulamış, qarşılıqlı əməkdaşlığın genişləndirilməsində maraqlı olduqlarını ifadə etmişlər.
Qeyd edək ki, qonaqlar İslam İnkişaf Bankı Qrupunun 16-19 iyun 2026-cı il tarixlərində keçiriləcək İllik Toplantısı çərçivəsində Azərbaycanda səfərdədirlər
