SER-in nümayəndə heyəti ADFIMI rəhbərliyi ilə görüşüb

2026-cı il iyunun 15-də İqtisadi Resursların Öyrənilməsi Mərkəzinin sədri Ruslan Atakişiyev, SER-in İslam Maliyyəsi üzrə ekspert Şurasının üzvləri Fuad Quliyev və Əkrəm Nəcəfli Türkiyə nümayəndə heyəti –İslam İnkişaf Bankına üzv ölkələrin Milli İnkişaf Maliyyə Təşkilatları Assosiasiyasının (ADFIMI) Baş katibi İlhami Öztürk və Mehmet Raşid Kansu arasında görüş keçirilmişdir.
Görüş zamanı İslam maliyyəsinin inkişafı, birgə layihələrin həyata keçirilməsi və gələcək əməkdaşlıq perspektivləri ətrafında geniş fikir mübadiləsi aparılmışdır.
Tərəflər qarşılıqlı maraq doğuran istiqamətlər üzrə əməkdaşlığın gücləndirilməsinin əhəmiyyətini vurğulamış, gələcəkdə birgə təşəbbüslərin və layihələrin həyata keçirilməsi istiqamətində əməkdaşlığın inkişaf etdirilməsi barədə razılığa gəldiklərini bildirmişlər.
Qeyd edək ki, ADFIMI nümayəndə heyəti İslam İnkişaf Bankı Qrupunun 2026-cı il 16-19 iyunda keçiriləcək İllik Toplantısı çərçivəsində ölkəmizdə səfərdədirlər.