“İslam maliyyə sistemində portfelin formalaşdırılması, satış və marketinq strategiyaları” mövzusunda sertifikatlı təlim keçirilib

29-30 May 2025-ci il tarixində İqtisadi Resursların Öyrənilməsi Mərkəzinin (SER) və Türkiyə Katılım Bankaları Birliyinin (TKBB) birgə tərəfdaşlığı ilə 2 günlük “İslam maliyyə sistemində portfelin formalaşdırılması, satışmarketinq strategiyaları” mövzusunda sertifikatlı təlim proqramı keçirilib.
Açılış nitqi ilə çıxış edən SER-in sədri Ruslan Atakişiyev iştirakçıları salamlayaraq təlimin keçirilməsində məqsədi, əhəmiyyətini;
Ölkəmizdə bu sistemin inkişafı üçün TKBB təcrübəsindən istifadənin vacibliyini vurğulayıb və təlim proqramı barədə iştirakçıları məlumatlandırdıqdan sonra sözü TKBB-nin islam maliyyə məhsullarının satışı üzrə mütəxəssisi Osman Çelebiyə vermişdir.
Qeyd edək ki, təlim 2 modulda keçirilib.I modul - İslam Maliyyə Məhsulları haqqında ətraflı məlumat, II modul - Məhsulların satış və marketinq strategiyalarına dair məzmun olmuşdur.
Təlimdə bank mütəxəsssisləri, sahibkarlar, menecerler və müəllimlər iştirak edib.
Təlimin sonunda iştirakçılara TKBB tərəfindən təsdiq edilmiş sertifikatlar təqdim olunub və xatirə şəkili çəkilib
Son olaraq qeyd edək ki, TKBB nümayəndəsi ilə SER əməkdaşları təlmin növbəti günündə Şuşa, Xankəndi, Ağdam və Əsgəran rayonlarını da ziyarət edib.