“Mikrosahibkarlıqda innovativ həllər” layihəsi başa çatıb

İqtisadi Resursların Öyrənilməsi İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə icra etdiyi “Mikrosahibkarlıqda innovativ həllər” layihəsi yekunlaşıb.

Layihə çərçivəsində iyulun 10-dan avqustun 8-ə dək Gəncə, Ağstafa, Şəki, Balakən, Kürdəmir, Sumqayıt və Bakı şəhərlərində “Maliyyə idarəçiliyi” mövzusunda təlimlər keçirilib. Təlimlərdə 150-ə yaxın əsasən gənclər, qadınlar və qazilərdən ibarət mikrosahibkarlar və sahibkarlıq təşəbbüsündə maraqlı olan şəxslər iştirak edib. İştirakçılarla biznesdə sabit və dəyişən xərclərin təsnifatının düzgün aparılması, maliyyə vəsaitinin idarə olunması üzrə interaktiv müzakirə təşkil edilib, eləcə də vergi öhdəlikləri, hüquqları və sanskiyalar barədə maraqlı təqdimatlar olub.

İctimai Birliyin sədri Ruslan Atakişiyev bildirib ki, layihənin məqsədi həssas qrupa aid mikro sahibkarlara maliyyə itkilərini minimumlaşdırma və həmin risklərdən qorunma yollarını aşılamaqdan ibarətdir.

Tədbirlərə giriş sözü ilə başalayan layihə rəhbəri Qafqaz Qəhrəmanlı layihə barədə və təlim mövzuları haqqında məlumat verib, təlimin əhəmiyyətindən, xüsusilə də mikrosahibkarlıqla məşğul olan həssas qruplara faydasından danışdı.  O, həmçinin qeyd edib ki mikro sahibkarlarda belə maarifləndirici təlimlərin keçirilməsi, bu bacarıqların öyrədilməsi onların açdıqları xırda biznesin dayanıqlığını artırar, onsuz da kövrək olan addımlarının möhkəmlənməsinə gətirib çıxaracaqdır.

Təlim müddətində təlimçi i.f.d., Ruslan Atakişiyev tərəfindən mövzu üzrə interaktiv müzakirələr aparılıb, suallar cavablandırılıb. Sonda Qafqaz Qəhrəmanlı vergi uçotu, sahibkarların vergi mükəlləfiyyəti, vergi ödəyicilərinin hüquqları  və s. haqqında ətraflı məlumat verməklə yanaşı, praktik izahlar  da verib.
Sonda iştirakçılara sertifikatlar verilib və xatirə şəkilləri çəkilib.