“Mikrosahibkarlıqda innovativ həllər” layihə çərçivəsində Bakı şəhərində təlim keçirilib

İqtisadi Resursların Öyrənilməsi İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Mikrosahibkarlıqda innovativ həllər” layihəsi çərçivəsində 6-8 avqust iyul 2024-cü il tarixlərində Bakı şəhərində yerləşən “Bakı KOB Evi”ndə təlim keçirib.

Tədbirə giriş sözü ilə başalayan layihə rəhbəri Qafqaz Qəhrəmanlı layihə barədə və təlim mövzuları haqqında məlumat verib, təlimin əhəmiyyətindən, xüsusilə də mikrosahibkarlıqla məşğul olan həssas qruplara faydasından danışdı.

Təlimdə i.f.d., Ruslan Atakişiyev sahibkarlıqda sabit və dəyişən xərclərin təsnifatının düzgün aparılması, maliyyə vəsaitinin idarəolunması üzrə interaktiv müzakirə təşkil etdi. Sonda Qafqaz Qəhrəmanlı vergi uçotu, sahibkarların vergi mükəlləfiyyəti, vergi ödəyicilərinin hüquqları və s. haqqında ətraflı məlumat verməklə yanaşı, praktik izahlar da verdi.

Təlimdə sahibkarlıq təşəbbüsündə maraqlı olan gənclər, qazilər, qadınlar olmaqla ümumilikdə 20-ə yaxın şəxs iştirak edib.