Sahibkarlar üçün təlim keçirildi.

İqtisadi Resursların Öyrənilməsi İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə "Mikrosahibkarlıqda innovativ həllər" layihəsi çərçivəsində Sumqayıt şəhərində tədbir keçirib.

 Tədbir Azərbaycan Sahibkarlar Konfederasiyası (ASK) Sumqayıt bölməsinin təşkilatçılığı ilə Qartal Tikinti Firmasının baş ofisində təşkil olunub. Tədbirdə açılış nitqi ilə çıxış edən ASK-nın Sumqayıt şəhər nümayəndəsi, Qartal tikinti firmasının direktoru Şahin Məmmədov gələn qonaqları salamlayıb və təşkil olunan tədbirin əhəmiyyətindən danışıb. Şahin Məmmədov çıxışında Sumqayıtda təlimin əhəmiyyətindən, xüsusilə də sahibkarlıqla məşğul olan əsas qruplara faydasından danışıb. Daha sonra Sumqayıt KOB dostu Etibar Əliyev regionda belə layihələrin keçirilməsinin zəruriliyindən bəhs edib. Daha sonra təlimçi Ruslan Atakişiyev sahibkarlıqda sabit və dəyişən xərclərin təsnifatının düzgün aparılması, maliyyə vəsaitinin idarə olunması üzrə interaktiv müzakirə təşkil edib.

Tədbirdə Şəhid ailəsinin üzvləri, mikro və kiçik sahibkarlardan ibarət 20-ə yaxın biznes nümayəndəsi iştirak edib. Sonda iştirakçılara sertifikatlar verilib və xatirə şəkli çəkilib.