Kürdəmir şəhərində sahibkarlar üçün təlim keçirildi.
İqtisadi Resursların Öyrənilməsi İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Mikrosahibkarlıqda innovativ həllər” layihəsiçərçivəsindənövbəti təlimini 23 iyul 2024-cü il tarixində Kürdəmir rayonu Peşə liseyində keçirib. Giriş sözü tədbirə başlayan layihə rəhbəri Qafqaz Qəhrəmanlı layihə məqsədi və gözləntilər barədə iştirakçılara məlumat verib. Tədbirdə Kürdəmir Rayonu İcra Hakimiyyətinin nümayəndəsi Daşqın Rüstəmov çıxış edərək iştirakçıları salamlayıb, onlara uğurlar arzulayıb. Həmçinin təbdirdə Kürdəmir KOB dostu Elşad Məmmədov iştirak edərək treninqin əhəmiyyətindən danışıb. Təlim layihənin təlimçisi phd. Ruslan Atakişiyevin mövzusu ilə davam edib.
Təlimdə ümumilikdə 20-ə yaxın mikro biznes nümayəndələri və gənc təşəbbüskarlar iştirak edib.