Balakən şəhərində təlim keçirilib.

İqtisadi Resursların Öyrənilməsi İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Mikrosahibkarlıqda innovativ həllər” layihəsi çərçivəsində 18iyul 2024-cü il tarixində Balakən şəhərində DAİM-in akt zalında təlim keçirib.

Tədbirdə qonaq qismində Balakən rayon İcra Hakimiyyətinin Sosial-iqtisadi İnkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdir müavini Araz Əhmədov, Balakən KOB dostu Rafiq Şabanov iştirak ediblər. Tədbirə giriş sözü ilə başalayan layihə rəhbəri Qafqaz Qəhrəmanlı treyninqin mövzuları haqqında məlumat verdikdən sonra salamlama üçün sözü Balakən rayon İcra Hakimiyyətinin nümayəndəsi Araz Əhmədova verib, O da öz çıxışında regionda təlimin əhəmiyyətindən, xüsusilə də sahibkarlıqla məşğul olan həssas qruplara faydasından danışıb. Daha sonra sözü Balakən KOB dostu Rafiq Şabanov davam etdirib və regionda belə layihələrin kieçirilməsinin zəruriliyindən bəhs edib.

Təlimdə i.f.d., Ruslan Atakişiyev sahibkarlıqda sabit və dəyişən xərclərin təsnifatının düzgün aparılması, maliyyə vəsaitinin idarəolunması üzrə interaktiv müzakirə təşkil edib. Sonda mikrosahibkarlıq üzrə vergi eksperti Qafqaz Qəhrəmanlı vergi uçotu, sahibkarların vergi mükəlləfiyyəti, vergiödəyicilərinin hüquqları və s. haqqında ətraflı məlumat verməklə yanaşı, praktik izahlar  da verib

Təlimdə  qazi sahibakrlar, arıçılar, şirniyyat istehsalı ilə məşğul olan qadın sahibkarlar və sahibkarlıq təşəbbüsündə maraqlı olan gənclər olmaqla ümumilikdə 20 nəfər iştirak edib.