Şəkidə “Mikrosahibkarlıqda innovativ həllər” layihəsi çərçivəsində təlim keçirilib.
İqtisadi Resursların Öyrənilməsi İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Mikrosahibkarlıqda innovativ həllər” layihəsi çərçivəsində 17 iyul 2024-cü il tarixində Şəki şəhərində Heydər Əliyev Mərkəzində təlim keçirib.
Tədbirə giriş sözü ilə başlayan layihə rəhbəri Qafqaz Qəhrəmanlı layihə barədə və treyninqin mövzuları haqqında məlumat verib və sonra sözü təlimçi Ruslan Atakişiyevə verib.
Öz növbəsində i.f.d., Ruslan Atakişiyev sahibkarlıqda sabit və dəyişən xərclərin təsnifatının düzgün aparılması, maliyyə vəsaitinin idarəolunması üzrə interaktiv müzakirə təşkil etdi. Sonda Qafqaz Qəhrəmanlı vergi uçotu, sahibkarların vergi mükəlləfiyyəti, vergiödəyicilərinin hüquqları və s. haqqında ətraflı məlumat verməklə yanaşı, praktik izahlar da verdi.
Təlimdə yerli QHT nümayəndələri, sənətkarlar, toxucular və sahibkarlıq təşəbbüsündə maraqlı olan əlillər, gənclər, qazilər, qadınlar olmaqla ümumilikdə 17 nəfər iştirak edib.