“Mikrosahibkarlıqda innovativ həllər” layihəsi çərçivəsində Gəncədə təlim keçirilib

İqtisadi Resursların Öyrənilməsi İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Mikrosahibkarlıqda innovativ həllər” layihəsi çərçivəsində 10 iyul 2024-cü il tarixində Gəncə şəhərində yerləşən “Gəncə Maarif Evi”ndə təlim keçirib.

Tədbirdə Gəncə-Qazax Regional KOB dostu  Anar Əliyev, Gəncə Şəhər İcra Hakimiyyətinin nümayəndəsi Hüseyn Balayev, Gəncə KOB dostu Süleyman Tağıyev iştirak ediblər. Tədbirə giriş sözü ilə başalayan layihə rəhbəri Qafqaz Qəhrəmanlı treyninqin mövzuları haqqında məlumat verib. Anar Əliyev isə öz çıxışında regionda təlimin əhəmiyyətindən, xüsusilə də sahibkarlıqla məşğul olan həssas qruplara faydasından danışdı.  

Təlimdə i.f.d., Ruslan Atakişiyev sahibkarlıqda sabit və dəyişən xərclərin təsnifatının düzgün aparılması, maliyyə vəsaitinin idarəolunması üzrə interaktiv müzakirə təşkil etdi. Sonda Qafqaz Qəhrəmanlı vergi uçotu, sahibkarların vergi mükəlləfiyyəti, vergiödəyicilərinin hüquqları  və s. haqqında ətraflı məlumat verməklə yanaşı, praktik izahlar da verdi.

Təlimdə  yerli QHTlər olan “Fərəh”, Əlillərin və Qadınların ictimai birliklərinin nümayəndələri, sahibkarlıq təşəbbüsündə maraqlı olan əlillər, gənclər, qazilər, qadınlar  olmaqla ümumilikdə 32 nəfər iştirak edib.