Beynəlxalq Sertifikatlı təlim keçiriləcək.

22-25 may 2024-cü il  tarixində  İqtisadi Resursların Öyrənilməsi Mərkəzi və İslam maliyyəsi sahəsində 44-dan çox ölkədə məsləhət xidməti göstərən İslam Maliyyəsi Qurumları üçün Mühasibat Uçotu və Audit Təşkilatı (AAOIFI ) təşkilatçılığı ilə “İslam bankçılığı və maliyyəsi: məhsullar və təcrübə” beynəlxalq sertifikat treninqi (work shop) keçiriləcək.

Təlim uç modulda keçiriləcək “İslam iqtisadiyyatı və maliyyə sisteminə ümumi baxış”, “Sıravi müqavilələr üzrə Şəriət standartları hüququ” mövzularında  Sohail Zubairi  (bank, sığorta və sukuk üzrə ekspert) və  Mugis Şovkat (AAOIFI, baş menecer) “İslam maliyyəsi ekosisteminin tənzimlənməsi və idarəolunması” və digər mövzularında mühazirə  çıxış edəcəklər. Təlim iştirakçılarına sertifikatlar veriləcək.