Gömrük Komitəsində iqtisadçılarla görüş keçirildi.

 Dövlət Gömrük Komitəsi rəhbərliyinin iştirak etdiyi görüşdə sön dövrlərdə gömrük orqanları tərəfindən həyata keçirilən islahatlar, ticarətin asanlaşdırılması, prosedurların sadələşdirilməsi, rəqəmsallaşmanın genişləndirilməsi istiqamətində görülən işlər, tətbiq edilən layihələr barədə məlumat verilib. Həmçinin gömrük əməkdaşları tərəfindən “Gömrük İnkişaf Modeli”, “TransXəzər Gömrük Portalı”, “Avtomatlaşdırılmış Risk Analizi Sistemi” (ARAS), “Səlahiyyətli İqtisadi Operator” (SİO), “Smart-Bot” layihələrinə dair təqdimatlar nümayiş etdirilib.
 
Görüşdə iqtisadçılar, ekspertlər tərəfindən səsləndirilən təklif və rəylər dinlənilib, onları maraqlandıran suallar ətraflı cavablandırılıb. Qeyd edək ki, görüşdə Mərkəzimizin sədri i.f.d. Ruslan atakişiyev də iştirak etmişdir