Oğuzda sahibkarlar üçün təlim keçirilib
14 sentyabr 2023-cü il tarixində Oğuzda “İlkin investisiya layihəsinin hazırlanması” mövzusunda treyninq keçirilmişdir.
Qeyd edək ki, təlim Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə İqtisadi Resursların Öyrənilməsi İctimai Birliyi tərəfindən icra olunan “Mikro və Kiçik Sahibkarlığın (MKS) Investisiya Təminatı üçün İnnovativ Biznes Konsepsiyasının Yazılması” adlı layihə çərçivəsində reallaşmışdır.
Təlim, Oğuz şəhərində Dövlət Aqrar İnkişaf Mərkəzində 14 sentyabr tarixində mikro və kiçik sahibkarlara investisiya layihəsinin hazırlanması üzrə keçirilmişdir. Tədbiri giriş sözü ilə layihə rəhbəri Qafqaz Qəhrəmanlı açmış daha sonra sözü Qəbələ-Oğuz KOB Dostu Afşin Əfsərbəyliyə vermişdir. KOB Dostu layihənin önəmindən, mövzunun aktuallığından bəhs etmiş, təlim mövzusunun sahibkarlar üçün vacib olduğunu vurğulamışdır. Daha sonra İRÖİB-in sədri, layihə üzrə təlimçi iqtisad üzrə fəlsəfə doktoru Ruslan Atakişiyev sahibkarlara Azərbaycanda mövcud olan maliyyə mənbələri haqqında, dövlət və özəl investisiya şirkətləri barəsində məlumat vermiş, investisiya layihəsinin yazılması qaydası barədə muhazirə oxumuşdur. Daha sonra iştirakçılar qruplara ayrılaraq öz ideyalarını praktiki olaraq hazırlamaq tapşırılmışdır. Sonra İqtisadi Resurların Öyrənilməsi İctimai Birliyinin icraçı direktoru, layihə rəhbəri və maliyyə üzrə təlimçi Qafqaz Qəhrəmanlı isəlayihə formasının smeta(büdcə) hissəsi mövzusu üzrə çıxış etmiş və büdcə hazırlanmasının praktiki yöndən izah edərək iştirakçılarla birlikdə nümunələr üzərində işləmişdir.
12-ə yaxın şəxsin olduğu tədbirdə əsasən sahibkarlar və yeni iş qurmaq istəyən təşəbbüskarlar iştirak etmişdir.
Tədbirlərin sonunda iştirakçıları maraqlandıran suallara cavab verilmişdir.