Yeni layihənin icrasına başlanıldı.
Müasir dövrdə Azərbaycanın iqtisadi inkişaf strategiyasında qeyri-neft sektorunun tərəqqisi günün aktual məsələsinə çevrilmişdir. Məlumdur ki, özəl sektorun inkişafında onun başlıca hərəkətverici qüvvəsi mikro və kiçik biznes subyektləridir.
Əhalinin çox çeşidli məhsullarla təminində, ölkənin ucqar bölgələrinə məhsulların çatdırılmasında, dəyişkən iqtisadi mühitə tez bir zamanda uyğunlaşmaqda və fəal şəxslərin məşğulluğa cəlb olunmasında MKS-lərin rolu müstəsnadır. Bunu nəzərə alaraq 1 iyul 2023-cu ildə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə İqtisadi Resursların Öyrənilməsi İctimai Birliyi “Mikro və kiçik sahibkarlığın (MKS) investisiya təminatı üçün İnnovativ Biznes Konsepsiyasının yazılmasının öyrədilməsi” layihəsinin icrasına başlayıb.
Layihənin məqsədi bir qrup ideya sahibi olan mikro və kiçik sahibkarlara biznes konsepsiyasının hazırlanmasını öyrətməklə, onların öz işlərinə maliyyə cəlbi bacarıqlarını artırmağa komək etməkdir. Təlimlərin Bakı şəhəri ilə yanaşı, İmişli, Gədəbəy, Oğuz, Mingəçevir şəhərlərində keçiriliməsi nəzərdə tutulub. Layihə dörd ay davam edəcək.