“İqtisadi Resursların Öyrənilməsi” Mərkəzi ilə “İnternational Consulting Company” MMC arasında Memorandum imzalanıb
Tədbir 17 yanvar 2023-cü il tarixində“İqtisadi Resursların Öyrənilməsi” Mərkəzi ilə “İnternational Consulting Company” MMC iki tərəfin və qonaqların iştirakı ilə Caspian Plaza-da həyata keçirilib.
Açılış nitqini edən “İqtisadi Resursların Öyrənilməsi” İB-nin sədri Ruslan Atakişiyev iştirakçıları salamlayıb və İslam maliyyəsi və bankçılığı sahəsində təşkil olunan tədbirlər haqqında müəyyən məlumatlar verib.
Daha sonra “İnternational Consulting Company” MMC-nin sədri Ramin Bayramov İslam bankçılığı üzrə birgə seminarların və kursların təşkil olunmasını, Memorandumun uğurlu olmasını deməklə nitqini tamamlayıb.
Tədbir, iştirakçıların İslam maliyyəsi və bankçılığı sahəsində və gələcəkdə görülən işlər haqqında sualların cavablandırılması ilə yekunlaşıb.
COP 29 " Green Islamic Finance" event
15.11.2024
"Islamic Finance Forum 2024"
14.11.2024
COP 29-Green Islamic Finance Event
08.11.2024
Sahibkarlar üçün təlim keçirildi.
28.07.2024