Ortaqlı Biznes Xidmətləri

Niyə Ortaqlı Biznes ?

İqtisadi Resursların Öyrənilməsi mərkəzi olaraq 10 ildən çoxdur biznes və tədris xidmətləri göstəririk. Zəngin təcrübəmiz, fərqli müştərilərimiz, riayət etdiyimiz mənəvi dəyərlərimiz və peşəkar mütəxəssislərimiz bizi fərqli edən təməl amillərdir. 

Mərkəz olaraq fəaliyyətimizi İslam iqtisadiyyatı və maliyyə prinsipləri əsasında təşkil edirik. Bu prinsiplər biznes fəaliyyətində faizi, qeyri-müəyyənliyi, insan sağlamlığına və ictimai rəfha mənfi təsir edən bütün əmliyyatları qadağan edir. İslam maliyyəsinin işləmə mexanizmi təməldə ortaqlı fəaliyyətə əsaslanır. Buna görə də biz SER olaraq öz xidmətlərimizi ortataqlı bizneslərin yaranıb inkişaf etməsin həsr etmişik. İkişaf etmiş ölkələrdə səhm bazarı güclü inkişaf etmişdir. Məhz iqtisadi inkişafın açarı da hər kəsin iştirak etdiyi, öz səhmləri ilə qatıldığı ortaqlı fəaliyyətlərdir. Ortaqlı biznes fəaliyyəti mikro və kiçik sahibkarlığın inkişafına, məşğulluğun artmasına, biznes yükünün bir nəfərdən bir neçə nəfərin yayılmasına imkan verir.

Ortaqlı biznes fəaliyyəti kompleks və dayanıqlı iqtisadi inkişafın açarı olmaqla yanaşı çətin və məsuliyyətli prosesdir. Bank kreditləri ilə qurulan biznesləri ağır girov və bitməyən faiz ödənişləri yıxırsa, ortaqlı biznesləri yıxan əsas faktor yazılı müqavilələrin, sənədlərin, razılaşdırılmış şərtlərin olmamasıdır.

Ona görə də SER olaraq ölkəmizin KOB-lar əsasında dayanıqlı iqtisadi inkişafa nail ola bilməsi, ortaqlı bizneslərin uğursuzluqlarla nəticələnməməsi, insanların ortaqlı biznesdən qorxaraq borcla biznes fəaliyyəti qurmağa yönəlməsinin qarşısını almaq üçün ortaqlı bizneslə bağlı bütün fəaliyyətləri özündə ehtiva edən xidmət paketləri hazırlamağa qərar verdik.

Biznesinizə ortaq cəlb etmək istəyirsiz? Dostunuzla ortaqlı biznes qurmaq istəyirsiz? Biznesinizə bankı deyil investoru şərik etmək istəyirsiz? Ortağınızla ayrılmadan şirkətinizi möhkəmləndirmək, problemləri aradan qaldırıb, səmərəliliyi artırmaq istəyirsiz? Ortağınızla problem yaşayırsız? Ortaqlı biznesinizi davam etdirə bilməyəcəyinizi düşünürsüz? 
 
10 illik elmi və praktiki təcrübəmiz əsasında bütün problemlər üçün çıxış yollarımız var. Biz başdan sona qədər ortaqlı biznesi əhatə edən bütün işlərin öhdəsindən gələ bilərik. Biz öz xidmətlərimizlə şirkətinizin üzləşəcəyi bütün riskləri minimuma endirməyə çalışırıq.
 
İqtisadi Resursların Öyrənilməsi mərkəzi olaraq şərikli bizneslə bağlı bütün işləri İslam maliyyə prinsiplərinə uyğun peşəkar şəkildə təşkil edirik.
 

İqtisadi Resursların Öyrənilməsi Mərkəzi

şərikli biznes üzrə

XİDMƏT PAKETİ

Şərikli Biznesin Qurulması

  1. Doğru ortaq seçimi:ortaqlığın öhdəliyi, qərarvermədə və idarəetmədə iştirak, ortaqlıq hüquqları, tərəflərin ortaqlığa psixoloji hazırlığı, tərəflərin birgə işə uyğunluğunun müəyyənləşdirilməsi, ortaqlığın biznes mədəniyyətinin – dəyərlərinin - təyini;
  2. Mülki-hüquqi ortaqlıq müqaviləsi (Ortaqlı biznesin uyğun görüləcəyi təqdirdə sənədlərin hazırlanması);
  3. Şəriklər üçün MMC (ƏMC, kooperaiv)-nin açılması;
  4. Şərikli bizneslərdə şəriklər arasında münasibətlərin tənzimləyən qərarın hazırlanması;
  5. Şərikli payların qiymətləndirilməsi;
  6. Şərikli payların invertarizasiyası;
  7. Şərikliyə qoşulanların yüklülüyünün müəyyənləşdirilməsi;
  8. Şərikli fiziki şəxslərin açılması (VÖEN almaq, bank hesabı, ASAN imza və s.);
  9. Fiziki şəxs – fiziki şəxs, fiziki şəxs - hüquqi şəxs, hüquqi şəxs - hüquqi şəxs arasında şərikli fəaliyyət sazişlərinin hazırlanması;
  10. Şəriklik prosesinin izlənilməsi;
  11. Şəriklik üzrə qaynar xətt xidməti/saatla

Ortaqlı Biznesin dayanıqlığının təmini,

  1. Mövcud şərikliyin dioqnostikası (problemlərin müəyyənləşdirilməsi);
  2. Ortaqlı Biznesdə şərikliyin auditi;
  3. Şəriklər arasında münasibətlərin tənzimləyən təlimatın hazırlanması (ortaqların vəzifə və öhdəlikləri);
  4. Şərikli biznesdə şirkətdaxili korporativ idarəetmə kodesksinin hazırlanması;
  5. Şərikli biznesin təsisçilərininin ailə konstitutsiyasının hazırlanması;
  6. Şərikli biznesin direktorlar şurasının qurulması;
  7. Şərikli biznesdə müşahidə şurasının və onun alt komitələrinin qurulması;
  8. Şərikli biznesdə korporativ katibliyin qurulması;
  9. Şərikli biznesdə yığıncağın keçirilməsi, qərarların qəbulu sisteminin qurulması;
  10. Şərikli biznesdə maliyyə hesabatlılığın təşkili;
  11. Şərikli bizneslərdə konfliktlərin həlli sisteminin formalaşdırılması;
  12. Şərikli biznesdə etik və davranış qaydalarını hazırlanması;
  13. Şirkətə rüblük (illik) manitorinqlər;

Ortaqlı Biznesin Ləğvi

  1. Yaranmış mübahisələrin aydınlaşdırılması (ləğv etmə  və ya bərpa təklifi);
  2. Bölünmədə olan şərikli biznesin  invertarizasiyası;
  3. Bölünmə anına şərikli biznesin bazar dəyərinin müəyyənləşdirilməsi;
  4. Bölünmədə olan şərikli biznesin yüklülüyünün müəyyənləşdirilməsi;
  5. Bölüünmə anına şərikli biznesin maliyyə vəziyyətinin qiymətləndirilməsi;
  6. Şərikli biznesin debitor-kreditorlarının hesablaşmaları həyata keçirilməsi;
  7. Şərikli biznesdə payçıların dəyişməsi;
  8. Şərikli biznesin satılması;
  9. Şəriklər arasında ləğv öhdəliklərinin razılaşdırılması sənədi (ləğvetmə üçün razılaşma protokolunu hazırlanması);
  10. Şəriklər arasında ləğv etmə üzrə monitorinqin aparılması
  11. Dağılmaqda olan şərikliyin bərpası.