Qubada “İnvestorlar üçün ilkin layihə hazırlanması” təlimi keçirildi.

4 noyabr 2022-ci il tarixində Quba şəhəri, Heydər Əliyev Mərkəzində “İnvestorlar üçün ilkin layihə hazırlanması” mövzusunda treyninq keçirilmişdir.
Qeyd edək ki, təlim Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə İqtisadi Resursların Öyrənilməsi İctimai Birliyi tərəfindən icra olunan “KOB-lara P2P üzrə investisiya mənbələrindən istifadənin öyrədilməsi” adlı layihə çərçivəsində reallaşmışdır.
Tədbiri giriş sözü ilə Quba Rayonu İcra Hakimiyyətinin iqtisadi məsələlər üzrə baş məsləhətçisi Rustəm müəllim açmışdır. Həmçinin tədbirdə KOB Dostu Asif müəlim çıxış etmişdir. Daha sonra İRÖİB-in sədri, layihə üzrə təlimçi iqtisad üzrə fəlsəfə doktoru Ruslan Atakişiyev sahibkarlara Azərbaycanda mövcud olan P2P (investor və təşəbbüskarın tərəfdaşlığı) maliyyə mənbələri haqqında, dövlət və özəl investisiya şirkətləri barəsində məlumat vermiş, investisiya layihəsinin yazılması qaydası barədə muhazirə oxumuşdur. Daha sonra iştirakçılar qruplara ayrılaraq öz ideyalarını praktiki olaraq hazırlamaq tapşırılmışdır. Sonra İqtisadi Resurların Öyrənilməsi İctimai Birliyinin icraçı direktoru, layihə rəhbəri və maliyyə üzrə təlimçi Qafqaz Qəhrəmanlı isə layihə formasının smeta(büdcə) hissəsi mövzusu üzrə çıxış etmiş və büdcə hazırlanmasının praktiki yöndən izah edərək iştirakçılarla birlikdə nümunələr üzərində işləmişdir.
20-ə yaxın şəxsin olduğu tədbirdə əsasən sahibkarlar, yeni iş qurmaq istəyən təşəbbüskarlar və könülü gənclər iştirak etmişdir. Eyni zamanda ilk qadın sahibkarlardan olan Quba Xalçaçılıq Assosasiyasının rəhbəri Fatimət Ağamirzəzadə də iştirak etmişdir.
Tədbirlərin sonunda iştirakçıları maraqlandıran suallara cavab verilmişdir.
Tədbirin keçirilməsində dəstəyinə görə Quba şəhər İcra Hakimiyyətinə, KOB Dostu Asif Müəllimə və zəhməti keçən hər kəsə təşəkkür edirik.