Gəncə sahibkarları üçün təlim keçirildi.
27 oktyabr 2022-ci il tarixində Gəncədə “İnvestorlar üçün ilkin layihə hazırlanması” mövzusunda treyninq keçirilmişdir.
Qeyd edək ki, təlim Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə İqtisadi Resursların Öyrənilməsi İctimai Birliyi tərəfindən icra olunan “KOB-lara P2P üzrə investisiya mənbələrindən istifadənin öyrədilməsi” adlı layihə çərçivəsində reallaşmışdır.
Təlim, Gəncə şəhəri, Maarif evində 27 oktyabr tarixində mikro və kiçik sahibkarlara investisiya layihəsinin hazırlanması üzrə keçirilmişdir. Tədbiri giriş sözü ilə Gəncə şəhər icra nümayəndəsi açmışdır. Daha sonra İRÖİB-in sədri, layihə üzrə təlimçi iqtisad üzrə fəlsəfə doktoru Ruslan Atakişiyev sahibkarlara Azərbaycanda mövcud olan P2P (investor və təşəbbüskarın tərəfdaşlığı) maliyyə mənbələri haqqında, dövlət və özəl investisiya şirkətləri barəsində məlumat vermiş, investisiya layihəsinin yazılması qaydası barədə muhazirə oxumuşdur. Daha sonra iştirakçılar qruplara ayrılaraq öz ideyalarını praktiki olaraq hazırlamaq tapşırılmışdır. Sonra İqtisadi Resurların Öyrənilməsi İctimai Birliyinin icraçı direktoru, layihə rəhbəri və maliyyə üzrə təlimçi Qafqaz Qəhrəmanlı isə layihə formasının smeta(büdcə) hissəsi mövzusu üzrə çıxış etmiş və büdcə hazırlanmasının praktiki yöndən izah edərək iştirakçılarla birlikdə nümunələr üzərində işləmişdir.
20-ə yaxın şəxsin olduğu tədbirdə əsasən sahibkarlar, yeni iş qurmaq istəyən təşəbbüskarlar və könülü gənclər iştirak etmişdir.
Tədbirlərin sonunda iştirakçıları maraqlandıran suallara cavab verilmişdir.
Tədbirin keçirilməsində dəstəyinə görə Gəncə şəhər İcra Hakimiyyətinə, KOB Dostu Anar Əliyevə, Gəncə Maarif evinin rəhbəri İmamverdi Vəliyevə, Gəncə İş Adamları Birliyinin rəhbəri Bünyad müəllimə və zəhməti keçən hər kəsə təşəkkürlərimizi bildiririk.
COP 29 " Green Islamic Finance" event
15.11.2024
"Islamic Finance Forum 2024"
14.11.2024
COP 29-Green Islamic Finance Event
08.11.2024
Sahibkarlar üçün təlim keçirildi.
28.07.2024