Zaqatalada kob-lara təlim keçirildi.

20 oktyabr 2022-ci il tarixində   Zaqatala şəhəri, Heydər Əliyev Mərkəzində“İnvestorlar üçün ilkin layihə hazırlanması” mövzusunda treyninq keçirilmişdir. Qeyd edək ki, təlim Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə İqtisadi Resursların Öyrənilməsi İctimai Birliyi tərəfindən icra olunan “KOB-lara P2P üzrə investisiya mənbələrindən istifadənin öyrədilməsi” adlı layihə çərçivəsində reallaşmışdır.    Tədbiri giriş sözü ilə Zaqatala şəhər icra nümayəndəsi açmışdır. Daha sonra İRÖİB-in sədri, layihə üzrə təlimçi iqtisad üzrə fəlsəfə doktoru Ruslan Atakişiyev sahibkarlara Azərbaycanda mövcud olan P2P (investor və təşəbbüskarın tərəfdaşlığı) maliyyə mənbələri haqqında, dövlət və özəl investisiya şirkətləri barəsində məlumat vermiş,  investisiya layihəsinin yazılması qaydası barədə muhazirə oxumuşdur. Daha sonra iştirakçılar qruplara ayrılaraq öz ideyalarını praktiki olaraq hazırlamaq tapşırılmışdır. Sonra İqtisadi Resurların 
Öyrənilməsi İctimai Birliyinin icraçı direktoru, layihə rəhbəri və maliyyə üzrə təlimçi Qafqaz Qəhrəmanlı isə layihə formasının smeta(büdcə) hissəsi mövzusu üzrə çıxış etmiş və büdcə hazırlanmasının praktiki yöndən izah edərək iştirakçılarla birlikdə nümunələr üzərində işləmişdir. 20-ə yaxın şəxsin olduğu tədbirdə əsasən sahibkarlar, yeni iş qurmaq istəyən təşəbbüskarlar və startaplar iştirak etmişdir. 
Tədbirlərin sonunda iştirakçıları maraqlandıran suallara cavab verilmişdir. Tədbirin keçirilməsində dəstəyinə görə Zaqatala rayon İcra Hakimiyyətinə, KOB Dostu Fuad Əliyev, Zaqatala rayon Mamrux kənd məktəbinin müəllimi Məhəmməd Həsənova və zəhməti keçən hər kəsə təşəkkürlərimizi bildiririk.