SER “İnvestor üçün ilkin layihə hazırlanması”ödənişsiz təlimini elan edir!
Təlim Gəncə, Zaqatala, Quba və Lənkəran şəhərlərində (bölgələrdə yerində (offline), Bakı şəhərində isə yerində və onlayn olmaqla)bir qrupda15 nəfər olmaqla cəmi 10 qrup üçün nəzərdə tutulur. Tədbir İqtisadi Resursların Öyrənilməsi İctimai Birliyinin (SER) Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “KOB-lara P2P üzrə investisiya mənbələrindən istifadənin öyrədilməsi” adlı layihəsi çərçivəsində həyata keçirilir. Tədbirdə təşəbbüskarlar, startaplar, sahibkarlar, biznesə maraqlı hər kəs iştirak edə bilər.İştirakçılara“Şərikli biznes” kitabı hədiyyə olunacaq və çay-kofe süfrəsi təqdim olunacaq. Yerlər məhdud olduğu üçün iştirak seçmə yolu ilə aparılacaq.Təlimin keçirilməsi oktyabr-noyabr 2022-ci il, 2.5-3 saat müddəti üçün nəzərdə tutulur.
Qeyd:Treyninqin vaxtı həftəiçi günlərdə və iş saatlarında təyin ediləcək, şənbə-bazar və iş saatlarından kənar vaxtlarda təlimlərin keçirilməsi nəzərdə tutulmur. (dəqiq gün, saat və məkan barədə məlumat qeydiyyatdan keçən iştirakçılara birbaşa əlaqə vasitəsiylə bildiriləcək)
İdeya sahibi sahibkarların başlıca problemləri öz biznes ideyalarını yazı halına gətirərək sərmayədarların qarşısına sanballı investisiya layihəsi qoya bilməmələridir. Treyninq zamanı iştirakçılar investisiya layihəsini hazırlamağı öyrənməklə həm öz biznes ideyalarına sərmayə cəlb edər, həm də gələcəkdə digər sahibkarlara bu biliyi aşılaya bilərlər. Treyninqdə praktiki olaraq nümunəvi layihə forması hazırlanması ilə yanaşı ekspertlərimiz tərəfindən bazarda mövcud investor şirkətləri haqqındada ilkin məlumat veriləcəkdir.