“KOB-un Alternativ maliyyəyə çıxışı problemləri” mövzusunda təqdimat keçiriləcəkdir.

 
21 aprel 2022-ci il, saat 10:00-da tədbiri İqtisadi Resursların Öyrənilməsi İctimai Birliyinin (SER) Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Kiçik və Orta Sahibkarlıq subyektlərinin Alternativ maliyyə mənbələrinə çıxışının genişləndirilməsi” adlı layihəsi çərçivəsində həyata keçirilir.Tədbir tərəfdaşları Kiçik və Orta biznesin inkişafı Agentliyi (KOBİA) və Birgə İnvest MMC- dir.Təqdimat zamanı ictimaiyyətə layihə müddətində sahibkarlarla aparılan sorğuların nəticəsi, alınmış tövsiyələr və KOB-ların maliyyə mənbələrinə çıxışla bağlı çatışmazlıqlar, problemlər açıqlanacaqdır. Konfransda müvafiq dövlət rəsmiləri, tədqiqatçılar, müəllimlər və sahibkarlar iştirak edəcəkdir.Konfransda iştirak üçün sizi də dəvət edirik.
Ünvan: Bakı şəhəri, Çıraq Plaza Otel və Biznes mərkəzi (Tbilisi prospekti 49/C)
Proqram ilə https://bit.ly/3JRZcaA linkə daxil olub tanış ola bilərsiniz.