“Kiçik və Orta Sahibkarlıq subyektlərinin Alternativ (cəlb olunan) maliyyə mənbələrinə çıxışının genişləndirilməsi” layihəsinin həyata keçirilməsinə başlamışdır.

İqtisadi Resursların Öyrənilməsi Mərkəzi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə 01 fevral 2022-ci ildən “Kiçik və Orta Sahibkarlıq subyektlərinin Alternativ (cəlb olunan) maliyyə mənbələrinə çıxışının genişləndirilməsi” layihəsinin həyata keçirilməsinə başlamışdır.
Məlum olduğu kimi, özəl sektorun inkişafında onun başlıca hərəkətverici qüvvəsi Kiçik və orta biznes subyektləridir. Belə ki, əhalinin çox çeşidli məhsullarla təminində, ölkənin ucqar bölgələrinə məhsulların çatdırılmasında, dəyişkən iqtisadi mühitə tez bir zamanda uyğunlaşmaqda, fəal şəxslərin məşğulluğa cəlb olunmasında KOB-ların rolu müstəsnadır.
Amma KOB-lardan gözlənilən töhfənin tam şəkildə əldə olunmasında, onların iqtisadi potensialının aşkarlanaraq üzə çıxarılmasında hələ də bir sıra çətinliklər mövcuddur. KOB-ların inkişafı qarşısında dayanan əngəllər içərisində maliyyə mənbələrinə çıxış ən başlıca yerlərdən birini tutur.
Layihənin məqsədi alternativ maliyyə mənbələrinə KOB-ların çıxış imkanlarının qiymətləndirilməsi, mövcud problemlərin öyrənilməsi və praktiki həll yollarının aşkarlanaraq müvafiq qurumlara tövsiyələrin verilməsini özündə əks etdirən fikirdən ibarətdir.
Layihə çərçivəsində Bakı, Sumqayıt, Xaçmaz, Lənkəran, Şəki, Ağsu, Kürdəmir, Göyçay, Cəlilabad şəhərlərindən olan mikro, kiçik və orta sahibkarlar arasında sorğular keçiriləcəkdir
Tədqiqatdan əldə olunan nəticələr tövsiyə şəklində müzakirəyə çıxarılacaq və sonda Hökümətin iqtisadi qanadını təmsil edən qurumlara təqdim olunacaqdır.
Layihə 3 ay müddətinə nəzərdə tutulmuşdur.