"İslam Maliyyə Sistemi və Alətləri" kitabının təqdimatı keçirilmişdir.
Bu gün Gəncliyə Yardım Fondunun konfrans zalında İqtisadi Resursların Öyrənilməsi Mərkəzinin yeni nəşrdən çıxmış “İslam Maliyyə Sistemi və Alətləri” kitabının təqdimat mərasimi keçirilmişdir. Tədbirdə Əfqan Musayev, Xəyal Məmmədli və Gündüz Əliyev çıxış etmişdilər. Çıxışçılar kitabın Azərbaycan maliyyə sektoru üçün əhəmiyyətindən, sadə dildə yazılmasını müxtəlif peşə sahibləri tərəfindən islam maliyyəsini asanlıqla başa düşülməsinə kömək edəcəyini vurğulamışdılar. Həmçinin müəllif Ruslan Atakişiyev kitabın ərsəyə gəlməsindən, kitabdakı müxtəlif mövzular haqqında qonaqlara söhbət açmışdır.
Tədbirə Naxçıvan MR -nın Babək rayonundan təşrif buyurmuş Tural Nəcəfov kitab haqqında öz xoş təəssuratlarını bölüşmüş, belə bir kitabın nəşr olunmasına cox sevindiyini bildimişdir. Xeyir sevər dostlardan biri öz növbəsində 10 ədəd kitabı pulunu ödəyərək maliyyə sahəsində təhsil alan, islam maliyyəsi ilə maraqlanan tələbələrə hədiyyə olunmasını arzu etmişdir. Bununla da o, “al, hədiyyə et, oxut” ənənəsinə öz töhfəsini vermişdir.
COP 29 " Green Islamic Finance" event
15.11.2024
"Islamic Finance Forum 2024"
14.11.2024
COP 29-Green Islamic Finance Event
08.11.2024
Sahibkarlar üçün təlim keçirildi.
28.07.2024