“3T Modeli ilə regionlarda Könüllü Turizm Pr-ı” layihəsi reallaşdırılmışdır.

11-14 Oktyabr 2021-cı il tarixləri arasında Şəki, Qax, Zaqatala və Balakən şəhərlərində 8-11-ci siniflərdə oxuyan 15-18 yaş aralığında qız və oğlanlardan ibarət məktəblilərə 3T modeli, regional turizmin perspektivləri, sahə üzrə iqtisadi biliklər və turizm sahibkarlığına təşviq mövzularında seminarlar keçirilmişdir.
Təlimlər Azərbaycan Respublikası Gənclər Fondunun maliyyə yardımı ilə fiziki şəxs Qəhrəmanlı Qafqaz Elman oğlunun “3T Modeli ilə regionlarda Könüllü Turizm Pr-ı” layihəsi çərçivəsində reallaşdırılmışdır.
Tədbirləri giriş sözü ilə layihə rəhbəri Qafqaz Qəhrəmanlı açmışdır. O, çıxışında layihə mövzusunun gənclər üçün əhəmiyyətindən, regional turizmin inkişaf perspektivlərindən və imkanlarından bəhs etmişdir.
Daha sonra layihənin təlimçisi, 3T modeli, regional turizmin perspektivləri, sahə üzrə iqtisadi biliklər və turizm sahibkarlığına təşviq mövzularında mühazirə oxumuşdur.
Tədbirlərin sonunda iştirakçıları maraqlandıran suallara cavab verilmiş, məktəblilərə layihə çərçivəsində buklet, qovluq paylanılmış və aktiv iştirakçılar sertifikatla təmin edilmişdir. Sertifkatla təmin edilən iştirakçılar çay süfrəsində gələcək təhsil məqsədləri ətrafında səmimi söhbət aparmışlar.
Sonda xatirə şəkili ilə tədbirlər yekunlaşdırılmışdır.