"İslam Maliyyə Sistemi və Alətləri” kitabı nəşr edilmişdir.

 İqtisadi Resursların Öyrənilməsi Mərkəzi "İslam Maliyyə Sistemi və Alətləri” kitabını nəşr etmişdir.

Kitabda İslam maliyyəsində Faizin qadağan olunması geniş şəkildə izah edilmişdir. İslam mənbələrində, o cümlədən səmavi dinlərdə “Faiz” fenomeninə yanaşmalar da nəzərdən keçirilmişdir.

Oxucu üçün maraqlı olan Mudarəbə, Muşarəkə, Murabaha, İcara, Təvərruq kimi İslam maliyyə alətləri parktiki misallarla ətraflı şəkildə izah olunur. Kitabda “İslam bankları pulu necə verir?”, “Necə gəlir əldə edirlər?” və s. şəklində olan suallara da cavab tapa bilərsiniz.

“İslam Maliyyə Sistemi və Alətləri” kitabı İslam maliyyə sistemini, mexanizmlərini öyrənmək, faizə iqtisadi yöndən baxmaq istəyənlər üçün eləcə də, biznesmenlər, həmçinin startuplar üçün faydalı vəsait ola bilər.

Kitabın mündəricatı haqqında geniş məlumat üçün: https://bit.ly/3xMoemf