“Azərbaycanda İslam maliyyəsi ixtisasının tədrisi problemləri” mövzusunda video konfrans keçiriləcək.

Dəyərli izləyicilər! 
İqtisadi Resursların Öyrənilməsi Mərkəzi (SER), UNEC İslam Maliyyə Mərkəzi, Meybullayev İslam İqtisadiyyatı Mərkəzi, Azərbaycan İlahiyyat İnstitutu və İstanbul Sabahattin Zaim Universitetinin (İZÜ) birgə təşkilatçılığı ilə “Azərbaycanda İslam maliyyəsi ixtisasının tədrisi problemləri” mövzusunda video konfrans keçiriləcəkdir!

Konfransın tarixi: 1 iyul, 2021 | 11:00
Video konfransın proqramı aşağıdakı kimidir:

Giriş və salamlama nitqi:
 
Moderator: i.e.d., prof. Zahid Məmmədov, UNEC Elmi fəaliyyətin təşkili və idarə olunması departamentinin və İslam Maliyyə Mərkəzinin rəhbəri;
i.f.d. Aqil Şirinov, Azərbaycan İlahiyyat İnstitutunun rektoru;
AR Mərkəzi Bankın nümayəndəsi; 
Ceyhun Məmmədov, Milli Məclisin deputatı 

 
Spikerlər:

Prof. Dr. İbrahim Güran Yumuşak, İstanbul Sabahattin Zaim Universiteti (İZÜ), Biznes və İdarəetmə fakültəsinin dekanı
Mövzu: “İslam maliyyəsi ixtisaslarında tədrisin təşkili üzrə Türkiyə təcrübəsi”
 
Əfqan Musayev, UNEC İslam Maliyyə Mərkəzinin tədqiqatçısı
Mövzu: “Azərbaycanda İslam maliyyə sisteminin əsaslari fənninin tədrisi proqramı modeli”
 
i.f.d. Ruslan Atakişiyev, İqtisadi Resursların Öyrənilməsi İctimai Birliyinin sədri
Mövzu: “İslam maliyyəsi istiqamətində fənn blokunun hazırlanması məsələləri”
 
f.f.d. Əhməd Niyazov, Azərbaycan İlahiyyat İnstitutunun İslamşünaslıq kafedrasının müdiri
Mövzu: “Şəriət prinsipləri baxımından İslam maliyyəsi tədrisində müasir problemlər”
 
Vüsalə Qurbanova, AR Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsinin baş məsləhətçisi
Mövzu: “Ölkəmizdə ali təhsil ixtisasları üzrə təhsil proqramlarının hazırlaması proseduru”
 
Qeydiyyat üçün: https://forms.gle/RtdwdbXs38qCEydt5  və ya "WhatsApp" qrupumuza qoşulun: 
❗ Konfransda iştirak üçün: https://zoom.us/j/97135739051 linkinə daxil ola bilərsiniz.
 
 
Tədbir “UHY AUDİT” şirkətinin sponsorluğu ilə keçiriləcəkdir. 
Dünyada ən yaxşı top 20-liyə daxil olan mühasibatlıq konsaltinq şirkəti - UHY Audit MMC-nin 8500 əməkdaşı olub 100-dən çox ölkədə 300-dən artıq şəhərdə fəaliyyət göstərir. Şirkət “UHY Audit” adı altında 3 ilə yaxındır fəaliyyət göstərsə də Azərbaycan bazarında artıq 11 ildir ki, mövcuddur. 
UHY Audit Şirkət, həm korporativ sektora, həm də fərdi müştərilərə xidmət göstərməklə Audit, biznes məsləhətləri və mühasibatlıq, vergi, korporativ maliyyə, risk idarəetməsi, maliyyə istintaqı və məhkəmə dəstəyi, hüquqi xidmətlər; menecment konsaltinqi və həlləri, fond xidmətləri, mirasın planlaşdırılması; miqrantlar üçün beynəlxalq vergi planlaşdırılması; Trast xidmətləri; Sərvətlərin idarə edilməsi və s.peşəkar xidmətlərini təqdim edir.