“Azərbaycanda İslam bankçılığının modelləri və onların istifadəsi” mövzusunda onlayn seminar keçirilmişdir.
29 Aprel, 2021-ci il tarixində İqtisadi Resursların Öyrənilməsi Mərkəzi (SER) və UNEC Meybullayev İslam İqtisadiyyatı Mərkəzinivə Tədqiqat Mərkəzlərinin işinin əlaqələndirilməsi və təşkili şöbəsitəşkilatçılığı ilə “Azərbaycanda İslam bankçılığının modelləri və onların istifadəsi” mövzusunda onlayn seminar keçirilmişdir.
Seminarda məruzəçilər Islamic Finance News (IFN) təhsil şöbəsinin müxbiri və Turkish Journal of Islamic Economics (TUJISE) jurnalının redaktoru, KTO Karatay Universitetində İslam İqtisadiyyatı və Maliyyəsi Bölməsində dosenti Kamola Bayram “Azerbaycan için Türkiye Katılım bankacılık tecrübesi önerileri”, SER-in sədri i.f.d. Ruslan Atakişiyev “Azərbaycanda İslam Bankçılığının tətbiqində uyğun ölkə təcrübələri”, AAOİFİ-nin Şəriət məsələləri üzrə auditoru və məsləhətçisi, Asiya İnkişaf Bankının (ADB) Orta Asiyanın 5 ölkəsində İslam Bankçılığı üzrə təlimçisi Anar Yusufzadə “Azərbaycanda İslam Bankçılığının qanunvericlik bazasının formalaşdırılmasında görülmüş işlər” mövzusularıilə çıxış etmişdilər.
Sonda mövzular ətrafında geniş müzakirələr aparılıb, məruzəçilər tərəfindən seminar iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.