Ser TKBB ilə birlikdə təlim keçirtdi.

İqtisadi Resursların Öyrənilməsi Mərkəzinin və Türkiyə Katılım Bankalar Birliyinin (TKBB) birgə təşkilatçılığı ilə 9-17 Aprel, 2021-ci il tarixləri arasında “İslam Maliyyəsi Əməliyyatları” üzrə onlayn SERTİFİKAT Proqramı (workshop) həyata keçirilmişdir.
Təlimin keçirilməsində məqsəd dünyanın 102 ölkəsində tətbiq olunan İslam maliyyəsi, bankçılığı və sığortası sahəsində Azərbaycanda da mütəxəssislərin hazırlanmasıdır.
Təlimlərdə Türkiyə Katılım Bankaları Birliyi Müşahidə şurasının üzvü Mustafa Afşin Sancar; Kuveyt Türk Katılım Bankası satın alma qrup müdürü Mustafa Dereci; Neova Sığorta şirkətinin daxili audit müdiri, Katılım Sığortaçılığı Dərnəyi idarə heyəti üzvü, Dr. Yunus Emre Gürbüz və Türkiyə Emlak Katılım Bankı yatırım bankçılığı şöbə müdiri Esma Karabulut peşələrinə uyğun mövzularda çıxış etmişdilər.
Treyninqlərdə İslam bankçılığının tətbiqi”; “Təkafül (İslam) Sığorta sistemi və Sükuk (İslam İstiqrazları) mövzularına toxunulmuşdur.
Ümumilikdə 5 günü əhatə edən dövrdə AR Mərkəzi bankın nümayəndəsi, kommersiya banklarının departament direktorları, sığorta və investisiya şirkətlərinin əməkdaşları, tədqiqatçılar və doktorantlar iştirak etmişlər.
Təlim iştirakçılarına Türkiyə Katılım Bankaları Birliyinin Beynəlxalq səviyyəli sertifikatı verilmişdir.