Məqaləmiz 18 Universitetin birgə toplusunda dərc olundu.
Türkiyə, Azərbaycan, Makedoniya, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, İndoneziya və başqa ölkələrdən 18 Universitet və çox sayda araşdırma mərkəzinin birgə iştirakı ilə baş tutan 18-ci Beynəlxalq Türk Dünyası Sosial Elmlər Konqresi müvəffəqiyyətlə başa çatmışdır.
Konqrenin təşkilində əməyi keçən hərkəsə, başda ev sahibi, Sakarya Universitetinin rektoru, Prof. Dr. Fatih SAVAŞAN hocaya, xüsusilə "Qarabağ Azərbaycandır" vurğusu ilə Konqresin gələn il Qarabağda Şuşa şəhərində keçirilməsi təklifinə görə və Kongre koordinatoru Prof. Dr. Ahmet Vecdi CAN hocaya təşəkkürlərimizi bildiririk.
İqtisadi Resursların Öyrənilməsi Mərkəzinin (SER) tədqiqatçıları olaraq Konqredə “Azərbaycanda KOB-ların İslam bankçılığına olan maraqlarının ölçülməsi üzrə empirik araşdırma” başlıqlı məqalə ilə çıxış edilmiş və sonda məqalə elektron kitab şəklində nəşr edilmişdir. Dərc olunan məqaləni aşağıdakı linkdə təqdim edirik: https://drive.google.com/file/d/13dQso8RPY3eQnuW65WWe9JQBa_aYn_YP/view?usp=sharing (linkə girib səh.367-dən etibarən tanış ola bilərsiniz